vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNƏTÇİ  
22:48 | 16 mart 2025 | Bazar Məqaləyə 32 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəlalın ovsunu ...

... Yaxud Ənvər Həsənovun kino tariximizdəki izi

Xaqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti Ənvər Həsənov vəfat etdi. Onun tamaşaçı yaddaşında xüsusi yeri var.

Mənim üçün Ənvər Həsənov “Uşaqlığın son gecəsi”ndəki Muraddır.

Bu filmin Azərbaycan kinosunda özünəməxsus yeri var.

“Uşaqlığın son gecəsi” pafos püskürən sovet realizminin tam əksi olan filmdir. Kinoda qəribə bir gənclik ruhu var. Filmin qəhrəmanları o zamanlar üçün dəbdə olan bəzəkli sözlərlə danışmırlar, “kommunizm quracaqları” barədə saxta vədlər vermirlər.

Hər şey təbiidir.

Hamımızın tanıdığı, ətrafımızda gördüyümüz, qonşumuz olan insanlardır bu qəhrəmanlar... Azanın vaxtını radiosuz da bilən nənə, maqnitofon almaq arzusunda olan kişi, arzuları göydə olan gənc Murad, sadə mühəndis Rüstəm və həyatda bəxti gətirməyən Davud...

Polad Bülbüloğlunun musiqisi isə adamda yalnız gənclik enerjisi doğurur.

Ənvər Həsənovun yaratdığı Murad yeni dövrün çağırışlarında yerini tapmağa çalışan gəncdir. O, həyata maraqlı macəra kimi baxır, amma film boyu obraz dəyişir və Murad həyatın ona verdiyi “sən nə istəyirsən?” sualına cavab axtarmağa başlayır.

Ənvər bəyin bu obrazı yaddaqalandır.

Ənvər həm də “Yeddi oğul”dan biridir. Azərbaycan kinosunun kult filmi olan “Yeddi oğlu istərəm” vestreni bütün ölkəyə səs salmışdı.

Gənc və yaraşıqlı Cəlal hamını ovsunlamışdı.

Tamaşaçı bu filmi o qədər ürəyinə yaxın buraxmışdı ki, filmdə Cəlalı güllələyən Kələntəri – mərhum aktyor İsmayıl Osmanlını küçədə görəndə qarğış edirdilər.

Ənvər Cəlalın nakam sevgisini və cəmiyyətə etirazını çox gözəl yaratmışdı.

“Dərviş Parisi partladır” filmində isə Ənvəri “qamışlığın ortasında” qalmaqdan bezən, oxumaq arzusunda olan Şahbaz bəy obrazında gördük.

İllər əvvəl Ənvər müəllimlə “Elita” qəzeti üçün müsahibə almışdım. Maraqla qarşılanmışdı.

Obrazları məharətlə yaradan Ənvər Həsənov kino tarixində izini qoya bildi.