«İran İraqa qoşun yeridib»
«Wall Street Journal»: «Sərhədin 60 km-liyi bombalanacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
İran qonşu ölkədə İraq Şam İslam Dövləti (İŞİD) ekstremistlərinin qarşısını almaq üçün İraqa ordu hissələri yeridib. Beləliklə, Tehran və Vaşinqton yaranmış vəziyyətdə eyni mövqedən çıxış etməli olublar. «The Guardian» qəzetinin məlumatına görə, son 48 saat ərzində İran İraq ərazisinə 2 minlik seçmə döyüş hissələri göndərib.
İraq ABŞ və İranı müttəfiq edir?
İran prezidenti Həsən Ruhani bəyan edib ki, Tehran İraqdakı sünni ekstremistlərin qarşısının alınması üçün hazırda özünün keçmiş düşməni - Vaşinqtonla bir mövqedən çıxış edir.
İraq rəsmiləri bildiriblər ki, İranın 1500 nəfərlik «Bəsic» hissələri sərhədi keçərək Diyalə əyalətinin Xanaqin şəhərinə gəliblər.
Alınan son məlumatlara görə, İraqdakı şiə silahlıları yenidən qruplaşaraq Bağdadın 110 kilometrliyindəki Səmərrə şəhərinə doğru irəliləyirlər.
Səmərrə İŞİD döyüşçülərinin Bağdada yürüşündə sonuncu ciddi maneədir.
İraqın ən nüfuzlu şiə ruhanilərindən Ayətullah Əli əl-Sistani bundan bir gün əvvəl bütün şiələri silaha sarılmağa çağırmışdı.
«Associated Press» agentliyinin məlumatına görə, Sistaninin sözçüsü Seyx Əbdül-Mahdi əl-Kərbəlayi deyib ki, sünni yaraqlılara qarşı vuruşmaq tək bir məzhəbin vəzifəsi deyil və indi söhbət bütün İraqın taleyindən gedir.
İraq hərbiyəsindən olan mənbələr hökumət qoşunlarının əks-həmləsinin şənbə günü başlanacağını bildirirlər.
Alınan ən qorxulu xəbərlər bundan ibarətdir ki, Bağdadın özündə sünni və şiə icmaları arasında gərginlik son həddinə çatıb.
Britaniya qəzetlərinin yazdığına görə, İran İraqda «əl-Qaidə»yə bağlı İŞİD qruplaşmasından olan sünni qiyamçıların uğurlarından o qədər narahatdır ki, Bağdad hökumətinə dəstək verməkdə Vaşinqtonla müttəfiq ola bilər.
«Reuters» agentliyi adının çəkilməsini istəməyən vəzifəli İran rəsmisinə istinadən bildirib ki, bu məsələ Tehran liderləri arasında ciddi müzakirə mövzusu olub.
Rəsmilər bildirmişdilər ki, İran baş nazir Nouri al-Maliki-nin hökumətinə dəstək üçün qonşu ölkəyə hərbi müşavirlər və silahlar göndərəcəyini elan edib, hərçənd birbaşa qoşun göndərilməyəcəyi bildirilir.
Tehran Vaşinqtonun təkliflərinə açıqdır
İran rəsmisi «Reuters» agentliyinə deyib ki, Tehran İraqdakı vəziyyətin nəzarətə götürülməsində Vaşinqtonun təkliflərinə açıqdır. Onun fikrincə, İran İraq və Suriyada böyük nüfuza malikdir və bu, ABŞ üçün də faydalı ola bilər.
Ekspertlər bildirirlər ki, İran regional təhlükəsizlik sahəsində əhəmiyyətli oyunçuya çevrilməyə can atır.
Müşahidəçilər diqqəti həm də Tehran və Vaşinqton arasındakı münasibətlərin son aylarda sürətlə inkişaf etdiyinə çəkirlər.
Ötən illər ərzində Tehranın nüvə ambisiyaları ABŞ-ı qorxutsa da İraqda «əl-Qaidə» ekstremistlərinin hərbi uğurları onların hər ikisini eyni dərəcədə narahat edir.
Öz növbəsində prezident Barak Obama elan edib ki, Vaşinqton İraqdakı «əl-Qaidə» yaraqlılarına qarşı hava zərbələrini istisna etmir.
İran prezidenti Həsən Ruhani deyib ki, «İran terror və zorakılığın davam etməsinə dözməyəcək».
İrandan gələn xəbərləri şərh edərkən ABŞ Dövlət Departamentinin sözçüsü Ceyn Psak xatırladıb ki, «ABŞ bir çox hallarda İranı konstruktiv rol oynamağa həvəsləndirib».
İraq müharibəsinin İranı da münaqişəyə çəkəcəyindən narahat olan xarici işlər naziri Muhammad Cavad Zarif beynəlxalq birliyi terrorizmə qarşı mübarizədə Maliki administrasiyasına kömək etməyə çağırıb.
İranın «Tasnim» agentliyi briqada generalı Muhammad Hicaziyə istinadən bildirib ki, İran İraqa hərbi müşavirlər və silahlar göndərməyə hazırdır.
Daha bir Kərbəla müsibəti?
ABŞ-ın «Wall Street Journal» qəzetinin müxbiri də Beyrutdan xəbər verir ki, «əl-Qaidə»yə bağlı sünni islamçıların İraqdakı hərbi uğurlarından narahat olan Tehran İraqa artıq İnqilab Keşikçiləri Korpusunun döyüşçülərini göndərib.
İranın təhlükəsizlik xidmətinə yaxın mənbələr də qəzetə bildiriblər ki, Bağdadı, müqəddəs şiə şəhərləri Kərbəla və Nəcəfi müdafiə etmək üçün İran bu həftə İraqa İnqilab Keşikçiləri Korpusunun iki birləşməsini göndərib.
«Wall Street Journal» yazır ki, İranın İraqdakı hadisələrə müdaxiləsi Ağ ev üçün əlavə təhlükəsizlik qayğıları yaradacaq, çünki bu halda ABŞ və İran qeyri-ixtiyari müttəfiqə çevriləcəklər.
ABŞ İranın Suriya prezidenti Bəşər Əsədə dəstək verməsini istəməsə də Tehranın İraqın baş naziri əl-Malikiyə köməyinə etiraz etmir.
Qəzet xəbər verir ki, İranın Qüds qüvvələrinin komandanı, general-mayor Qasem Solaimani bu həftə Bağdadda olub.
Tehran müqəddəs şiə ocaqlarını müdafiə edəcək
Xəbər verilir ki, İran İraqla sərhəddə çox sayda qoşun cəmləşdirir. Ölkənin hərbi-hava qüvvələrinə İran sərhədinin 60 kilometrliyinə yaxınlaşan İŞİD döyüşçülərinə zərbələr endirilməsi əmr olunub.
İran, həmçinin, Suriyadakı könüllü şiə dəstələrini İraqa keçirməyə çalışır.
Bu arada İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasının sözçüsü sünni döyüşçüləri «murdar» Kərbəla və «Allaha şərik qoşan» Nəcəf üzərinə yürüş etməyə çağırıb. İranın daxili işlər naziri İsmayıl Əhmədi-Müqəddəm ölkənin Milli Təhlükəsizlik Şurasında deyib ki, Tehran «müqəddəs şiə şəhərlərinin müdafiə edəcək».