vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
22:06 | 24 may 2024 | Cümə Məqaləyə 1440 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda monarxiya qurulur?

Müctəba Xamenei heç bir rəsmi vəzifəsi olmadan ölkənin ən nüfuzlu simalarından biridir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İran prezidenti İbrahim Rəisinin vəfatından sonra ölkənin idarəçiliyi ilə bağlı suallar gündəmi işğal edərkən, ən çox xatırlanan adlardan biri də dini rəhbərin oğlu Müctəba Xamenei olub.

Rəsmi rolu olmasa da, ölkənin ən nüfuzlu simalarından biri kimi görünən oğul Xamenei sıravi əhali üçün sirr olaraq qalır. Çünki o, nə camaat arasında tez-tez görünür, nə də çıxış edir.

ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti diqqəti 85 yaşlı Əli Xameneinin 54 yaşlı oğluna yönəldib.

Müctəba Xamenei heç bir şəxsi gücü olmadığı halda itaətkar bir rəftar ilə seçilən Rəisin hakimiyyəti dövründə kəşfiyyat və təhlükəsizlik strukturlarında təsirini artırıb.

Rəisin İranın dini liderliyinə hazırlaşdığı düşünülsə də, məlum qəzaya uğraması ilə bu məsələ barədə suallar artıb.

WSJ-ə danışan ekspertlərin fikrincə, Müctəba Xamenei atasının yerinə keçə bilməyəcək, amma diqqət mərkəzindən yayınaraq daha da güclənəcək.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Siyasəti İnstitutunda çalışan iranlı ekspert Həmidrza Əzizi belə düşünür: “Ölkə son 20 ildə Müctəbanın və onun ətrafındakı şəbəkənin nəzarəti altındadır. Hazırda Xamenei üçün əsas məsələ Rəisi ilə eyni xüsusiyyətlərə malik birini tapmaqdır. Bu mümkün olsa, Müctəba xalqın gözü qarşısında qalmadan öz gücünü qoruyub saxlaya və artıra bilər”.

Müctəba Xameneinin iyunun sonunda keçirilməsi planlaşdırılan prezident seçkilərində mühüm rol oynayacağı gözlənilir.

İranın müvəqqəti prezidenti Məhəmməd Muhbirin Müctəba Xamneyiyə sadiq bir ad olduğu da vurğulanır. 68 yaşlı Muhbir seçkilərə qədər bütün məsələləri müəyyən edəcək üç nəfərdən ibarət komitənin rəhbəridir.

O, 15 ilə yaxın müddətdə dini liderə bağlı milyard dollarlıq investisiya fondu olan “Setad”ın sədri olub.

WSJ-nin xəbərində 1969-cu ildə Məşhəddə anadan olan Müctəba Xameneinin keçmişindən də bəhs edilib. Dini liderin saytına istinadən xəbər verilir ki, oğul Xamenei, Şah Rza Pəhləvi dövründə onların evinə basqınların birində atasının döyüldüyünü görüb.

1979-cu ildə inqilabdan sonra Tehrana köçən ata Xoemeni sürətlə yüksələrkən, oğlu 1980-1988-ci illərdə İraqla müharibə zamanı cəbhəyə yollanıb.

Daha sonra İnqilab Keşikçiləri Korpusunda (SEPAH) mühüm vəzifələr tutacaq şəxslərlər görüşən Müctəbanın təsiri, xüsusilə 2000-ci illərin ortalarında geniş şəkildə artmağa başlayıb.

Dəyişiklik tərəfdarları 2005 və 2009-cu illərdə Mahmud Əhmədinejadın onlara qarşı qələbələrinin Müctəba Xamenei tərəfindən təşkil edildiyini iddia edirlər.

2019-cu ildə ABŞ Müctəba Xoemeinin adını SEPAH və Bəsic gücləri ilə birlikdə “atasının sabitliyi pozan regional ambisiyalarını və daxili repressiya məqsədlərini irəli sürməyə” cəhd etdiyinə görə sanksiya siyahısına salmışdı.

Müctəba Xomenei 2022-ci ildə Məhsa Əminin həbsdə ölümündən sonra ölkə daxilində baş verən nümayişlərdə nifrət obyektinə çevrilib. Ev dustaqlığında olan keçmiş prezidentliyə namizəd Mirhüseyn Musəvi dini liderə səslənərək ondan oğlunu bu vəzifəyə hazırlaması ilə bağlı xəbərləri təkzib etməyi xahiş etmişdi. Amma qarşı tərəfdən heç bir reaksiya olmadı.

Bütün bunlara baxmayaraq, Əli Xamenei haqqında kitab yazan ABŞ və İran vətəndaşı Mehdi Xalaci söz-söhbətlərə qarşı çıxır: “Müctəbanın yeni dini lider olmaq istəyi ilə bağlı fikirlər tamamilə mifdir. Tarixi təcrübəyə əsaslanaraq, düşünmürəm ki, Xamenei öz oğluna və ya başqasına barmağını göstərsin”.

Xələcinin proqnozlarını İslam Respublikasını quran Ruhullah Xomeyni və onu əvəz edən Əli Xameneinin dini liderlik vəzifəsinin İslama zidd olaraq atadan oğula keçməsinə qarşı çıxması da gücləndirir.

İnzibati təcrübəsi və dini səriştəsi olmayan Müctəba Xamenei bu vəzifəyə uyğun hesab edilmir.

Tennessi Universitetindən Səid Qolkar deyir: “Mühüm qərarların qəbul olunduğu yerlərdə onilliklər təcrübəsi qazanmış Müctəba Xameneinin rejimlə əlaqələri unikaldır. Lakin onun təyinatı Xameneinin mirasını ləkələyərək monarxiyanı geri qaytaracaq”.

Bəzi ekspertlər həmçinin bildirirlər ki, Əhməd Xomeyni Müctəba Xameneidən daha güclü idi, lakin 1989-cu ildə atası vəfat etdikdən sonra hər şey dəyişdi. Xamenei və o vaxtkı prezident Əkbər Haşimi Rəfsəncani ilə problemləri olan Əhməd Xomeyni 1995-ci ildə cəmi 45 yaşında vəfat edib. Sənədlərdə ölümə infarktın səbəb olduğu göstərilib.