
Nəticələr müharibə səviyyəsindədir
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
İranın Azərbaycana qarşı siyasəti
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Moskva nə üçün Tehran əleyhinə “snapbake”ə qarşı çıxır?
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İran və Avropa arasında “snapback” krizi
İrandan Avropaya sanksiya xəbərdarlığı
Avropa ölkələri İrana qarşı “snapback” mexanizmini işə saldı
Agentliyin rəhbəri Rafael Qrossi yüksək səviyyəli qoruma altına alınıb
... və ya “dil pəhləvan”ın yeni macəraları
Sinaqoqda baş verən yanğında İranın barmağının olduğu müəyyən edilib
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
“Zəvvarlar kişiləri narkotik satır, qadınları sığı adı altında fahişəlik edir”
12 günlük müharibədən sonra Tehran üstün xüsusiyyətlərə malik raketləri olduğunu deyib
76 nəfər öldü
Dünyanın ən böyük neft-qaz ehtiyatı ölkəsində enerji böhranı ciddi həddə çatıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) baş katibi Rafael Qrossi (Rafael Grossi) İran nüvə obyektlərinin tam yoxlanışlarının bərpası üzrə aparılan görüşlərdə “zamanın azalmaqda olduğunu” bildirib. O, bu müzakirələrin bir neçə gün ərzində nəticələnəcəyinə ümid etdiyini vurğulayıb.
MAQATE-nin 35 üzvü olan İdarə Heyətinin üç aylıq iclasında danışan Qrossi İranın nüvə proqramının xüsusilə iyun ayındakı hücumlardan sonra diqqət mərkəzində olduğunu bildirib. O, mövcud şərtləri qəbul edərək, təhlükəsizlik tədbirləri razılaşması çərçivəsində MAQATE-nin İranın narahatlıqlarını və təkliflərini nəzərə almağa hazır olduğunu vurğulayıb.
Qrossi İran parlamentinin qəbul etdiyi qanunun “daxili öhdəliklər gətirdiyini və MAQATE üçün məcburi olmadığını da xatırladıb. O, İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi çərçivəsindəki təhlükəsizlik tədbirləri razılaşmasına əsasən hər iki tərəfin hüquq və öhdəliklərinin qorunduğunu qeyd edib.
İranın uran zənginləşdirmə təsisləri 13 iyunda İsrailin hərbi və nüvə obyektlərinə etdiyi hücumlarla başlayan 12 günlük qarşıdurma zamanı ABŞ-ın hücumlarına məruz qalmış, bu hadisələr zamanı bir çox İranlı komandir və nüvə alimləri həyatını itirmişdi.
Qrossi ötən həftə üzv ölkələrə İranın nüvə proqramı ilə bağlı ətraflı hesabat göndərdiyini bildirib. O, rəsmi Tehran tərəfindən zənginləşdirilmiş uran ehtiyatlarının taleyinin açıqlanmasının və ya beynəlxalq müfəttişlərin ABŞ və İsrailin hücumuna məruz qalan təsislərə çıxışının rədd edilməsinin doğruluğunu təsdiqləyib.
Son hesabatına istinad edən Qrossi, “İranla davamlı və sistematik əlaqədəyəm. Bu əlaqələrin məqsədi, qeyd etdiyim narahatlıqları həll etmək və MAQATE ilə İran arasında tələb olunan əməkdaşlığı bərpa etmək yollarını axtarmaqdır. Tehrandakı son hadisələri, xüsusilə İran parlamentinin iyunun 25-də MAQATE ilə əməkdaşlığı dayandıran qanunu qəbul etməsini yaxından izləyirik”, – deyib.
Qrossi İran ilə aparılan görüşlərdə irəliləyişin nəzərə alınacağını bildirərək, İran parlamentinin qəbul etdiyi qanunun iç öhdəliklər gətirdiyini və MAQATE üçün məcburi olmadığını bir daha qeyd edib.
O, həmçinin vurğulayıb ki, Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə bağlı təhlükəsizlik tədbirləri razılaşması qüvvədədir və bu razılaşma, İran təsislərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə dair MAQATE və İranın hüquq və öhdəliklərini müəyyən edən yeganə hüquqi sənəddir.
Tehran və Vyanada aparılan iki tərəfli texniki görüşlərin “tətbiq ediləcək praktiki addımlar üzərində razılığa gəlməyi hədəflədiyini”, bu addımların isə İran ərazisində yoxlamaların aparılmasına imkan yaradacağını açıqlayan Qrossi deyib: “İrəliləyiş əldə etdik və ümid edirəm ki, bu görüşlər bir neçə gün içində uğurla nəticələnəcək. Bu, İran ilə əsas işlərimizin yenidən başlamasını asanlaşdıracaq.”
O, sahədəki praktiki addımların daha çox məsləhətləşmə və digər vacib diplomatik proseslərin yolunu açacağına olan inamını ifadə edib: “Ümumi vəziyyətin həqiqətən yaxşılaşması üçün Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə bağlı təhlükəsizlik tədbiri razılaşması çərçivəsində hər iki tərəfin hüquq və öhdəlikləri tam şəkildə tətbiq olunmalıdır”, – deyib.
Təhlükəsizlik tədbiri razılaşması çərçivəsində İran, nüvə materialları və avadanlıq ehtiyatlarını, həmçinin onların saxlanıldığı yerləri MAQATE-ya bildirmək öhdəliyinə malikdir.
Qrossi İran bölməsini yekunlaşdıraraq, “Çox vaxt qalmayıb, amma hələ də var. Yaxşı niyyət və aydın məsuliyyət hissi olduqda bu kifayətdir”, – deyib.