Rusiyanın nəzarətindəki ittifaqdan Bakıya təzyiq
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
17:45 | 23 may 2024 | Cümə axşamı
Məqaləyə 1633 dəfə baxılıb
Şriftin ölçüsü
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Moskva müftisi İldar Alyautdinov Rusiyada çarşabın qadağan edilməsi çağırışına reaksiya verib və bunun hüquq pozuntusu olacağını bildirib. Rusiya mediası RBK-ya verdiyi açıqlamada Alyautdinov hicab qadağasının konstitusiyaya zidd olduğunu iddia edib: “Bu cür təşəbbüslər bütün Rusiya vətəndaşlarının din azadlığına və dini etiqad hüququna zəmanət verən Konstitusiyanın kobud şəkildə pozulmasıdır”.
Müfti hicab qadağasının Rusiyada müsəlmanlar arasında narazılıq yaradacağına işarə edərək, bunun cəmiyyətdə yeni iğtişaşlara səbəb ola biləcəyini bildirib.
Alyautdinov həmçinin xəbərdarlıq edib ki, belə bir addım Rusiya ilə Yaxın Şərq ölkələri arasında son vaxtlar yaxşılaşan münasibətləri poza bilər.
Din xadimi Üləmalar Şurasının dövlət rəsmiləri ilə örtünmə ilə bağlı məsələləri müzakirə etməyə hazır olduğunu, lakin bunun tam qadağan olunmasının qəti əleyhinə olduğunu bildirib.
Çarşab taxmağın məcburi olmadığına diqqət çəkən Alyautdinov “İslamın əsas tələblərinə uyğun gələn, lakin başqaları tərəfindən mənfi qarşılanmayacaq” paltarların seçilməsinin tərəfdarı olduqlarını da bildirib.
Qadağa ilə bağlı müzakirələr Rusiya Prezidentliyinə bağlı İnsan Hüquqları Şurasının prezidenti Valeri Fadeyevin bəyanatlarından sonra başlayıb.
Fadeyev iddia edib ki, Rusiyada “ekstremist meyllərin qarşısını almaq üçün” ictimai yerlərdə örtük taxmaq qadağan edilməlidir.
Bəzi Orta Asiya ölkələrində bu istiqamətdə addımların atıldığına işarə edən rəsmi bununla bağlı müraciət hazırlamaq üçün müsəlman icmasının liderləri ilə görüşməyi planlaşdırdığını bildirib.
Özbəkistan keçən il ictimai yerlərdə burka və çadranın şəxsiyyətini çətinləşdirdiyini əsas gətirərək qadağan edib. Bunun ardınca Qazaxıstan oxşar tədbirlərin görülə biləcəyini açıqlayıb.
Rusiya parlamentinin aşağı palatasını təşkil edən Dumada İşçi Komitəsinin sədri Yaroslav Nilov Fadeyevə reaksiya verərək, belə məsələlərin mətbuata açıq şəkildə qaldırılmasının düzgün olmadığını bildirib. Nilov bəyan edib ki, bu kimi məsələləri müsəlman icmasının rəhbərləri ilə müzakirə etmək lazımdır.
İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova Fadeyevin təklifini dəstəklədiyini bildirib.