Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
14:11 | 24 may 2024 | Cümə
Məqaləyə 1680 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
“Ukraynada 3000-dən çox məhbus Rusiya işğalına qarşı daha çox döyüşçü cəlb etmək məqsədi daşıyan yeni qanuna əsasən silahlı qüvvələrə qoşulmaq üçün müraciət edib”. Frans-Press Agentliyinin xəbərinə görə, bu məlumatı Ukrayna ədliyyə nazirinin müavini Yelena Vısotska ölkə televiziyasına verdiyi açıqlamada bildirib.
Mayın əvvəlində Ukrayna parlamenti müəyyən kateqoriyalı məhbusların şərti azadlığa buraxılması müqabilində silahlı qüvvələrdə döyüşməsinə icazə verən qanunu qəbul edib. Qanun prezidentin masasına gələr-gəlməz Vladimir Zelenski tərəfindən imzalanıb.
Bu qanun öz ölkəsini müdafiə etmək arzusunu ifadə edən məhbusları da əhatə edir. Məhbusun fiziki və psixoloji sağlamlığının yaxşı olduğu müəyyən edildikdən sonra hərbi orqanlarının qanunun icrasını həyata keçirir.
Qanun bəzi ağır cinayətlərə, xüsusən də “iki nəfərdən çox adamı qəsdən öldürməyə”, cinsi zorakılığa, milli təhlükəsizliyə hücumlara və ya “ciddi” korrupsiyaya görə məhkum olunmuş məhbuslara şamil olunmur.
Yalnız üç ildən az həbsdə olan məhbuslar belə bir tələblə çıxış edə bilərlər.
İki ildən artıqdır ki, Rusiya işğalına qarşı müqavimət göstərən Ukrayna əsgər və silah çatışmazlığı yaşayır.
Aprel ayında Kiyev hərbi səfərbərlik haqqında mübahisəli başqa bir qanun qəbul etdi. Bu qanunun qəbulunda məqsəd hərbi xidmətə çağırışı asanlaşdırmaq və hərbi xidmətdən yayınanlara qarşı cəzaları əhəmiyyətli dərəcədə artırmaqdır.
Ukrayna prezidenti hərbi xidmətə çağırıla bilənlərin yaş həddinin 27-dən 25-ə endirildiyini açıqlayıb.
“Ukraynada məhbusların müdafiəsi” qeyri-hökumət təşkilatının direktoru Oleq Tsvili mayın əvvəlində ukraynalı məhbusların qurbana çevriləcəyindən və “Rusiyadakı kimi” “boş yerə” döyüşə göndəriləcəyindən qorxduğunu bildirib.
Xatırladaq ki, Rusiyada Vaqner hərbi qruplaşması 2022-ci ildən başlayaraq Rusiya həbsxanalarından on minlərlə məhbusu döyüşlərə cəlb etdi. Bu məhbusların çoxu qanlı hücumlarda, xüsusilə də Bahmut döyüşü zamanı həlak oldu.