vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
10:45 | 26 may 2024 | Bazar Məqaləyə 1456 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Şərtləri hesablayıram”

Namizədliyinə iki dəfə veto qoyulan Əhmədinejad seçkilərə qatılacaq?

CAVİD

Namizədliyinə daha əvvəl Konstitusiya Keşikçiləri Şurası tərəfindən veto qoyulmuş İranın keçmiş prezidenti Mahmud Əhmədinejad evinə gələn və ondan namizəd olmasını xahiş edən tərəfdarlarına müraciət etdiyi videoda “Şərtləri qiymətləndirirəm və hesablayıram. Hansı hərəkət bu gün ölkənin, xalqın və bugünkü İranın maraqlarına uyğundur”.

Ölkənin şərtlərinin həssas olduğunu bildirən Əhmədinejad, “Sizin əmr etdiyiniz kimi qiymətləndirirəm və nəticəsini sizə açıqlayacağam” deyib.

***

2005-2013-cü illərdə ölkədə iki müddət fəaliyyət göstərən mühafizəkar siyasətçi Əhmədinejad 2017-ci ildə keçmiş prezident Həsən Ruhaniyə qarşı çıxmaq istəsə də, namizədliyi rədd edilmişdi. Əhmədinejadın 2021-ci ildə keçiriləcək prezident seçkilərində mayın 19-da vertolyot qəzasında həlak olan prezident İbrahim Rəisiyə qarşı namizəd kimi iştirak etmək tələbinə Konstitusiya Keşikçiləri Şurası ikinci dəfə də veto qoydu.

Rəisinin ölümündən sonra alınan qərarla seçkilər iyunun 28-də keçiriləcək.

Liderin mayın 19-da vertolyot qəzasında həlak olmasından sonra Konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Muhbir İran lideri Ayətullah Əli Xameneinin təsdiqi ilə vəkil vasitəsilə prezident səlahiyyətlərinin icrasına başlayıb.

İran Konstitusiyasına görə, hazırkı prezidentin vəfat etdiyi halda parlamentin sədri, məhkəmə hakimiyyətinin başçısı və birinci vitse-prezidentdən ibarət idarə heyəti ən çox 50 gün ərzində yeni prezidentin seçilməsi üçün lazımi tədbirlər görməlidir. .

Bununla bağlı mayın 20-də qanunvericilik, icra və məhkəmə hakimiyyəti başçıları arasında keçirilən növbədənkənar müşavirədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.

İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.