
AB danışıqların sürətindən narazıdır
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İmtina ediləcək 5 lüks
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
Şəxsi məlumatların Çinə ötürülməsinə görə...
Hətta müalicə üçün də ...
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Avrozona birinci rübdə 0,4 faiz artıb
Hansı ölkələrdə vəziyyət daha pisdir?
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir
Avropa Birliyi Maltanın bazarını bağladı
Le Penin varisi seçkilərdə qalib gəlsə, Avropanın ən gənc dövlət başçısı olacaq
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
«EUobserver» xəbər verir ki, Avropanın mərkəz-sol partiyaları Jan-Klod Yunkerin Avropa İttifaqı (Aİ) Komissiyası prezidentliyinə namizədliyini dəstəkləyiblər. Mərkəz-solçular bildirirlər ki, Yunker bunun əvəzində Aİ-nin büdcə qaydalarının yumşaldılmasını dəstəkləməlidir.
İyunun 17-də sosialist qrupunun vəzifədən gedən lideri Hannes Svoboda Aİ liderlərinə Lüksemburqun sabiq baş nazirinin namizədliyini dəstəkləməyi təklif edib. «Biz layihəni Yunkerlə müzakirə edə bilərik», - o deyib.
Mərkəz-sol partiyalar Yunkerin İtaliyanın baş nazirini dəstəkləməsinə çalışırlar. Matteo Rentsi Aİ-nin borc və defisit qaydaları çərçivəsində, dövlət investisiya layihələrinin icrasında hökumətlərə daha çox müstəqillik verilməsini istəyir. Rentsi iyunun 18-də Aİ Şurasının prezidenti Herman Van Rompuyla görüşəcək. Aİ liderləri prezidentliyə namizədləri müzakirə etmək üçün gələn həftəki sammitdə bir yerə yığışacaqlar.
«Bu, Rentsinin bütün namizədlərə qoyduğu tələbdir», - Hannes Svoboda bildirib. 195 parlamentarisi olan sosialist qrupun dəstəyi Yunkerin fikirlərindən asılıdır.
İyulun 16-na nəzərdə tutulmuş səsvermədə qalib gəlmək üçün namizədlər Avropa Parlamentində 751 üzvdən 375-nin səsini qazanmalıdır.
Aİ-nin sabitlik və inkişaf paktına uyğun olaraq, hökumətlər büdcə defisitlərini 3 faiz, borcun səviyyəsini isə 60 faizdən aşağı salmalıdırlar. Ciddi büdcə tədbirlərinə baxmayaraq, Aİ ölkələrinin əksəriyyəti 3 faizlik həddə çatmayıblar. Borcun orta səviyyəsi ÜDM-nin 90 faizdən çoxdur.
«Biz təkcə sazişin icrasının dəyişdirilməsini istəmirik», - Svoboda deyib. O bildirib ki, təkliflər hökumətlərə tam sərbəstlik verilməsinə deyil, «Aİ büdcə qaydalarının müəyyən məhsuldar investisiyalara aid olunmamasına yönəlməlidir».
«Qızıl qayda» - dövlət infrastruktur layihələrində inkişafa meyilli investisiyaların Aİ-nin büdcə hədəflərindən çıxarılması son həftələrdə dəstək qazanıb.
İyunun 16-da fransalı həmkarı Arnaud Monteburqla görüşdən sonra Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriel (Sigmar Gabriel) bildirib ki, Aİ qaydaları yumşaldılmalıdır. «Heç kəs borcunun çox olmasını istəmir, lakin biz tədricən iqtisadi inkişafa qayıtmaqla defisitləri azalda bilərik». Rentsi ölkəsinin gələn ay başlayacaq altı aylıq Aİ sədrliyi dövründə bu məsələni qaldıracağını bildirib.
Qaydaların yumşaldılması ən çox İtaliya və Fransanın işinə yarayacaq. Qeyd edək ki, Fransua Ollandın Svobodanın sol qrupları ilə yaxın əlaqəsi var.
İtaliyanın büdcə defisiti 3 faiz olsa da, ÜDM-nin 130 faizi həcmində olan borcla Aİ-də ikinci yerdə gəlir. Ləng iqtisadi inkişafa görə borc getdikcə artır. Fransaya isə büdcə defisitini 3 faizlik həddən aşağı salmaq üçün iki il vaxt verilib. Buna baxmayaraq, Fransada büdcə defisitinin 2014-cü ildə 3.8 faiz, 2015-ci ildə 3.4 faiz olacağı gözlənilir.
Mühafizəkar maliyyəçilərin Aİ büdcə qaydalarının dəyişdirilməsinə imkan verəcəyi inandırıcı görünmür.
Van Rompuy İttifaqın növbəti 5 il üçün iqtisadi prioritetlərini müəyyənləşdirən sənəd hazırlayır. Sənəd sonra Aİ liderlərinə təqdim olunacaq. Aİ Şurasının mənbələri bildirirlər ki, həmin sənəddə sabitlik və inkişaf paktının yumşaldılmasına aid heç bir tədbir olmayacaq.
Qeyd edək ki, rəsmilərdən biri Rentsinin planını «köhnə italyan ideyası» adlandırıb.