«Deməli mesaj ünvanına çatıb»
Zakir Həsənovun «Ermənilərə on qat cavab» fikrinin nəticəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
Generalın onu “nişan alan” ermənilərə sillə cavabı
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
-
“Müharibəyə hazırlaşın”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
“Sahibsiz torpaq yoxdur”
Zakir Həsənov: “Laçına gedən yol artıq ordumuzun nəzarətindədir”
-
“Ona insan deməzdim...”
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...
-
“İskəndər”in qənimi “LORA”
İsraildən alınan, HHM qüüvələrini qorxulu röyası olan, hədəfi 10 saniyə ərzində 10 metr dəqiqliklə vuran operativ-taktiki kvaziballistik raketlərini raketdən müdafiə sistemləri tuta bilmir
-
“Polonez”lər gəldi
Azərbaycan “İskəndəri” kölgədə qoyan raket kompleksləri ilə silah arsenalını zənginləşdirdi
-
Nazir Türkiyəyə gedir
Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub
-
Nazirin Çin səfərində əsas hədəf
Elxan Şahinoğlu: “Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq...”
Son zamanlar Azərbaycan-Ermənistan cəbhəsində qoşunların təmas xəttində atəşkəs tez-tez pozulur. Belə olan halda mətbuatda yayılan xəbərə görə, müdafiə nazirimiz, general-polkovnik Zakir Həsənov orduya Ermənistan tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə tapşırıq verib.
Zakir Həsənovun bu tapşırığının nəticəsi necə olacaq?
Suala hafta.az-ın debatında hərbi ekspert Azad İsazadə və həmkarı Üzeyir Cəfərov cavab veriblər.
Azad İsazadə bildirib ki, nazirin bu fikri əslində Azərbaycan Ordusuna deyil, ermənilərə istiqamətlənmiş mesajdır:
«Ötən günlərdə Ermənistanın müdafiə naziri çıxışında bildirmişdi ki, Naxçıvanda öldürülən erməni əsgərlərinin qanını yerdə qoymayacağıq. O həmçinin vurğulamışdı ki, Azərbaycana qarşı xüsusi cavab əməliyyatı hazırlayırlar. Bunun ardınca isə məlum olduğu kimi, Naxçıvan ərazisində olan cəbhə boyunca çox ciddi atəşkəs pozuntuları qeydə alındı. Zakir Həsənovun bu müraciəti faktiki olaraq, erməni nazirə verilmiş hərbi-siyasi cavabdır. Nazir demək istəyir ki, siz əgər bizə qarşı atəş açsanız, cavabınızı on qat alacaqsınız. Əgər bunu istəmirsinizsə, atəşkəsi pozmayın. Ermənistan hazırda seçim qarşısındadır. Ya atəşkəsi pozmağa davam edib böyük itki ilə üzləşəcəklər, ya da cəbhədəki gərgin vəziyyət düzəlməlidir. Artıq hiss olunur ki, ötən günlərlə müqayisədə qarşı tərəfdən atəşkəsin pozulması halları azalıb. Demək ki, nazirin mesajı ünvanına çatıb».
***
Üzeyir Cəfərov isə hesab edir ki, müdafiə nazirinin adından yayılan bu xəbər qətiyyən yerində olmayan bir açıqlamadır və ölkəmizin ziyanına işləyəcək:
«Onsuz da məlum məsələdir ki, hərbçilər məhz nazirin göstərişinə əsasən tabeliklərində olan komandirlər tərəfindən əmr və tapşırıqları alır, yerinə yetirirlər. Ancaq hökumət postunda oturan rəsmi şəxsin belə yerində olmayan açıqlaması, əlbəttə ki, qətiyyən bizim xeyrimizə işləyə bilməz. Prinsip etibarilə cəbhədə olan indiki vəziyyətdən də ağır və çətin dönəmlər olub. Amma o vaxt biz belə göstərişlərin şahidi olmamışdıq. İndi sual yaranır ki, nə baş verib ki, Zakir Həsənov belə radikal göstəriş verib? Düşmənlərimiz onsuz da açdığı atəşlərə ikiqat artıq şəkildə cavab alırlar. Ona görə də mən çox istərdim ki, Azərbaycan hakimiyyətində təmsil olunan şəxslər belə açıqlamalarında bir qədər diqqətli olsunlar. Heç kimə imkan verməməliyik ki, ölkəmizə qarşı tutarlı faktlardan istifadə etsinlər. Hazırkı vəziyyətdə isə erməni tərəfi bu açıqlamadan bizə qarşı yetərincə həm təxribat, həm də təbliğat vasitəsi kimi istifadə edəcək».