vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
13:15 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlikdən cavab həmləsi əmrinə şərh

«Ermənistan anlamalıdır ki, Azərbaycan cavab verməyə yetərincə gücə, qüvvəyə və maddi-texniki imkanlara malikdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri ona layiq olduğu istənilən cavabı verməyə yetərincə gücə, qüvvəyə və maddi-texniki imkanlara malikdir». ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verməsinə dair yayılan informasiyanı şərh edərkən deyib.


V.Dərgahlı bildirib ki, müdafiənin ön xəttindəki bölmələrimiz təbii olaraq həm postlarımıza, həm də mülki əhaliyə qarşı yönələn düşmən hərəkətlərinə dərhal və tutarlı cavab verir, onun atəş nöqtələrini susdurur: «Hətta müharibənin də öz qaydaları, öz qanunları var. Buna da riayət olunmalıdır. Ermənistan tərəfi isə heç zaman bu qaydalara riayət etməyib».

Onun sözlərinə görə, Azərbaycan tərəfinin silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı istənilən hücumları daim pisləməsi, beynəlxalq humanitar və insan hüquqları barədə qanunlara qəti şəkildə riayət edilməsi çağırışlarına baxmayaraq, Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir, Cenevrə Konvensiyasını, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrini kobud surətdə pozur: «Bu kimi halların qarşısını almaq üçün humanitar və insan hüquqlarını pozan Ermənistan hərbçilərinin cinayət məsuliyyətinə cəlb olunması vacibdir və beynəlxalq qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir».

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.

Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.