

İtaliyanın baş naziri Meloninin maketinin yandırılması ölkədə hiddət yaradıb
İtaliya polisi qaçaqmalçılıqla məşğul olan şəbəkə ifşa edib
Qətnamə qəbul edilərkən erməni spikerin senatda olması şübhələr oyadıb
Rusiyayönlü hakerlər saytlara kiber hücum təşkil edərək ondan çox həssas qurumun işini iflic edib
XIII əsr İtalyan dənizçinin Bakı haqqında qeydləri
İtaliyada Siciliya mafiyasına qarşı əməliyyat 130 şübhəli həbs olunub
Venesiya turist vergisini ikiqat artırıb
Reyçel Mussolini insan haqlarına görə baş nazir Meloninin partiyasını tərk edib
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub
İtaliya nüvə enerjisinə qayıtmağı müzakirə edir
Meyitlərin 21 nəfər itkin düşənlərə aid olduğu güman edilir
Soyuq qış aylarında Ukraynanın təcili ehtiyacları danışıqlarda gündəm olub
İtaliyanın mədəniyyət naziri sosial media fenomeni ilə münasibətinə görə istefa verdi
İyulun 1-də Yunanıstanın Avropa İttifaqının Şurasına altı aylıq sədrliyi başa çatıb. Sədrlik İtaliyaya keçib. İtaliya sədrliyinin əsas prioritetləri iqtisadiyyatın inkişafı və Aralıq dənizi hövzəsində son zamanlar böhran səviyyəsinə çatan miqrasiya probleminin həlli olacaq. Yalnız bu il ərzində, Şimali Afrikadan İtaliya ərazisinə gəmi ilə 50 mindən çox qeyri-qanuni miqrant keçib.
Xatırladaq ki, Yunanıstanın Aİ Şurasına sədrliyi yanvarın 1-də başlamışdı və 57 nazirlər şurası iclası, 67 siyasi saziş, Albaniyanın Aİ üzvlüyünə namizədliyinin təsdiqatı və Aİ üçün ümumi dəniz təhlükəsizliyi siyasətinin qəbul olunması ilə yadda qalıb.
Yunanıstanın baş naziri Antonis Samaras Afinada çıxış edərkən, Yunanıstanın «iqtisadiyyatın və bank birliyinin inkişafı siyasətini və strategiyasını» müəyyənləşdirdiyini bildirib. O, həmçinin bildirib ki, Yunanıstan qonşusu İtaliyanı sədrlik dönəmində dəstəkləyəcək.
İtaliyanın Aİ Şurasına sədrliyi Avropa Komissiyası və Avropa Parlamentinin prezidentlərinin təyin edilməsi dönəminə düşdüyü üçün, xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, İtaliyanın baş naziri Matteo Renzi «Avropa Birləşmiş Dövlətləri» ideyasını dəstəkləməsi ilə seçilib. «Uşaqlarımın gələcəyi üçün, mən Avropa Birləşmiş Dövlətləri arzulayıram və bu istiqamətdə işləyirəm», - deyə, o bildirib.
Xatırladaq ki, İtaliyadan sonra, 2015-ci ilin birinci yarısında Aİ Şurasına Latviya, 2015-ci ilin ikinci yarısında isə Lüksemburq sədrlik edəcəklər.