

İtaliyanın baş naziri Meloninin maketinin yandırılması ölkədə hiddət yaradıb
İtaliya polisi qaçaqmalçılıqla məşğul olan şəbəkə ifşa edib
Qətnamə qəbul edilərkən erməni spikerin senatda olması şübhələr oyadıb
Rusiyayönlü hakerlər saytlara kiber hücum təşkil edərək ondan çox həssas qurumun işini iflic edib
İtaliyada Siciliya mafiyasına qarşı əməliyyat 130 şübhəli həbs olunub
Venesiya turist vergisini ikiqat artırıb
Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley ...
Reyçel Mussolini insan haqlarına görə baş nazir Meloninin partiyasını tərk edib
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub
İtaliya nüvə enerjisinə qayıtmağı müzakirə edir
Meyitlərin 21 nəfər itkin düşənlərə aid olduğu güman edilir
Soyuq qış aylarında Ukraynanın təcili ehtiyacları danışıqlarda gündəm olub
İtaliyanın mədəniyyət naziri sosial media fenomeni ilə münasibətinə görə istefa verdi
Luçino Tariqo 14-cü əsrin ikinci yarısında Genuyada anadan olmuş italyan dənizçidir. Onun səyahəti haqqında İtaliyada maraqlı bir kitab da nəşr edilib.
Alessandro Augusto Monti. L'avventura di Luchino Tarigo. Milano, 1928.
Kitabda diqqətimizi çəkən bir hissəni sizlərə təqdim edirəm..
“1374-cü ildə Genuya koloniyası olan Kafadan kiçik bir qalereya ilə ayrılaraq Azov dənizini keçdi, sonra Don çayına çıxdı. İlk çay arasında olaraq keçiddən keçərək Bakı dənizinə çatdı və burada çoxlu dəniz quldurlarına və ticarət gəmilərinə rast gəldi” (Edil per milliaria sexaginta, et ibi de flumen ad flumen per terram portaverunt dictam fustam, et per dictum flumen Edil intraverunt in mare de Bacu, in quo mari multa navigia acceperunt, et cum locupletes facti essent dimissa fusta per terram rediebant secum portanles multa ex iis quoe acceperant, sed per iter capti fuerunt, et depredati; tamen multa jocalia eis restaverunt cum quibus sospites redierunt)
Sözügedən sənəddə adı çəkilən “Bakı dənizi” (mare de Bacu) təbii ki, Xəzər dənizidir. Portuqaliyalı rahib Fra Mauro tərəfindən tərtib edilmiş 1459-cu il tarixli məşhur dünya xəritəsində Xəzər dənizi (Çaspio) həm də “Mar de Baçu” (Bakı dənizi) kimi göstərilib. Florensiyalı L. di Stagio Datinin (1365-1424) “La Sfera” poemasında Xəzər dənizi Bakı dənizi (Mare del Baccú) da adlanır. Orada dənizin Bakı şəhərinin adını daşıdığı bildirilir. Aydındır ki, bu məlumatlar Bakı şəhərinin indiki dövrdə artan rolunu əks etdirir. 15-ci əsrin sonlarında Venesiya səyyahı Donato da Lese Bakının böyük əhəmiyyətini qeyd edir (“Dəniz onun əsərində də Bakı adlanır. Burada ədviyyatlar gəmilərə yüklənir və Volqa çayı sahilindəki tatar şəhəri Həştərxana aparılır”).
Kartoqraf A. Orteliusun “Theatrum Orbis Terrarum” (1570) dünya atlasında Xəzər dənizi “Bakı” (Mar de Baxu) da adlanır.
Qeyd edim ki, Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir.
Bakı toponiminin qədimliyi haqqında məlumatlardan birinə, ingilis arxeoloq Viliam Flinders Pitrinin kitabında rast gəlmək olar.
Buzans tarixçisi Paniyli Priskdir, V əsrin əvvəllərində Qafqaz Albaniyasının şəhərini təsvir edərkən, o, “Sualtı qayadan qalxan od şəhərindən” yazır.
Bu cürə mənbələr kifayət qədər çoxdur və bu bir daha sübut edir ki, Bakı özündə çox möcüzələr daşıyır və bura ən qədim şəhərlərdən biridir