vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
19:12 | 4 iyul 2014 | Cümə Məqaləyə 1291 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aİ-Britaniya münasibətləri dəyişməyəcək»

«Ada öz gələcəyi haqqında fərqli düşünür»

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 30-da Avropa Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Daniel Qrosla görüş keçirilib. Görüşdə Avropa Parlamenti seçkilərinin nəticələri, Britaniyanın Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin gələcəkdə seçilməsinə veto qoyması məsələləri müzakirə olunub.


Müzakirələrin əvvəlində Qros bildirib ki, seçkidən sonra EPP qrupunun tutduğu yer 273-dən 221-ə düşüb. SND qrupunun parlamentarilərinin sayı isə artıb. Bununla da hər iki qrup arasında fərq 30-a çatıb.

Qros Avropa Parlamentinin və Aİ Şurasının seçkilərinin tam demokratik olmadığını, «bir nəfər bir səs» prinsipinə tam uyğun olmadığını vurğulayıb. O bildirib ki, Maltada 1 namizədin seçilməsi üçün 30 min səs, İtaliyada isə 150 min səs lazımdır. Əhalisi Aİ əhalisinin 10 faizinə bərabər olan 14 kiçik üzv ölkə var. Bu ölkələrin nümayəndələri parlamentdə demək olar ki, 20 faiz yerə sahibdirlər.

Müzakirələr sonda Britaniyanın Aİ tərkibində qalması və ya çıxması haqqında referendum qərarına həsr olunub. Qros hesab edir ki, Britaniya hakimiyyətinin addımlarını qabaqcadan bilmək olar. O, bunun Jan-Klod Yunkerin Avropa Komissiyasının prezidenti olması ilə əlaqəsi olmadığını bildirib. O, Britaniyanın həmişə özünü ayırdığını, Şengen zonası və Bank İttifaqına qoşulmadığını bildirib. Qros qeyd edib ki, «daha yaxın ittifaq» siyasəti aparsa da, Britaniya öz gələcəyi haqqında fərqli düşünür və Aİ tərkibində qalmaq istəmir. Qros Aİ-Britaniya işgüzar münasibətlərinin dəyişməyəcəyindən əmin olduğunu bildirib. Həmçinin deyib ki, Yunker Britaniya üçün Martin Şults, ya da başqa namizədin bacardığından çox işlər görə bilər.

Qros görüşün sual-cavab hissəsində Ukrayna məsələsi, İtaliyada güzəştə meyllilik və vəzifə təyinatları, Avropada turizm məsələsi ilə bağlı sualları cavablandırıb.

Mərkəzin direktoru Ukrayna ilə bağlı bildirib ki, Ukrayna Polşa kimi sona qədər davam etməlidir. Hal-hazırda əsas problem ölkənin sərhədlərinə nəzarətdir.

Qros İtaliya ilə bağlı vurğulayıb ki, onların 10 milyard daha çox xərcləməsini tələb etmək yerinə, Almaniya üçün də buna icazə almaq lazımdır. Bəzi iqtisadi problemlər Aİ üzvlərinin qarşılıqlı əməkdaşlığı yolu ilə həll oluna bilər. O, İspaniyada elektrik məsələsini buna misal çəkib. Qros bildirib ki, qonşu Aİ ölkələrindən elektrik enerjisi alınsa, qiymətlər aşağı düşə bilər. Hələlik, həmin ölkələr buna icazə vermirlər.

Son illərdə turizmin azalması ilə bağlı sualı cavablandıran Qros bildirib ki, bunun səbəbi Avropa İctimai Prokuroru və Avropa Sərhəd Kodeksidir (Şengen qaydaları).