«Ana, Murovdan gəlirəm»
Zakir Həsənov şəhidlər üçün abidə qoydurdu (FOTOLAR)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
Generalın onu “nişan alan” ermənilərə sillə cavabı
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
-
“Müharibəyə hazırlaşın”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
“Sahibsiz torpaq yoxdur”
Zakir Həsənov: “Laçına gedən yol artıq ordumuzun nəzarətindədir”
-
“Ona insan deməzdim...”
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...
-
“İskəndər”in qənimi “LORA”
İsraildən alınan, HHM qüüvələrini qorxulu röyası olan, hədəfi 10 saniyə ərzində 10 metr dəqiqliklə vuran operativ-taktiki kvaziballistik raketlərini raketdən müdafiə sistemləri tuta bilmir
-
“Polonez”lər gəldi
Azərbaycan “İskəndəri” kölgədə qoyan raket kompleksləri ilə silah arsenalını zənginləşdirdi
-
Nazir Türkiyəyə gedir
Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub
-
Nazirin Çin səfərində əsas hədəf
Elxan Şahinoğlu: “Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq...”
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Murovdağ şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Vaxt.az-a verilən məlumata görə, mərasimdə övladları Kəlbəcər rayonu və Murovdağ uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin valideynləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və bölgədə yerləşən hərbi hissənin şəxsi heyəti iştirak edib.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani mərasimi açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və işğal edilmiş ərazilərimizi düşmən tapdağından azad edərkən canlarından, qanlarından keçən oğul və qızlarımızın xatirəsini həmişə əziz tutar və onların xatirələrinin əbədiləşdirilməsi üçün səyini əsirgəməzdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu ənənəni uğurla davam etdirir və şəhid ailələri ölkə rəhbərinin daim diqqət mərkəzindədir.
Müdafiə Nazirliyinin rəhbərliyi də bu məsələni daim diqqətdə saxlayır, müntəzəm olaraq şəhidlərin və qəhrəmanların xatirə günləri geniş qeyd olunur.
Müdafiə nazirinin əmri ilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi ilə birgə Silahlı Qüvvələrdə keçiriləcək tədbirlərin təşkili üzrə işçi qrupu yaradılıb, tədbirlər planı təsdiq edilib.
Murovdağ şəhidlərinin xatirə abidəsinin yaranmasında Azərbaycan Əfqanıstan müharibəsi veteranları da yaxından iştirak ediblər.
Hərbi orkestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himnindən sonra abidənin açılışını bildirən rəmzi lent kəsilib.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, birliyin fəallarından Əbülfət Hüseynov, Məhiyyyəddin Rüstəmov, Mirşamil Hadıyev, gəncəli şəhid Elşən Böyükzadənin atası Böyük müəllim, şəmkirli şəhid Natiqin qardaşı Sabir Almədətov, müharibədə otuzdan çox doğmasını itirmiş kəlbəcərli Gülarə Hüseynova və başqaları çıxış edərək, bu təşəbbüsə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının iştirakı ilə Murovdağ döyüşçüləri və şəhidlərinə həsr olunmuş «Ana, Murovdan gəlirəm» ədəbi-bədii kompozisiya təqdim olunub.