vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
PARTİYALAR  
12:59 | 30 avqust 2014 | Şənbə Məqaləyə 1385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qubad İbadoğludan rəqiblərinə ismarış

«Bərabər statuslarla seçkiyə qatılacağımız zamanı gözləyirəm»

Bahar RÜSTƏMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Müsavat Partiyasının başqanı seçkilərinə namizədliyimi gələn həftə irəli sürəcəyimi planlaşdırıram». Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının üzvü, başqanlığa iddialı Qubad İbadoğlu deyib.

O bildirib ki, başqanlığa digər iddialı şəxslərin qərarları gözləyir.

«Əgər Arif Hacılı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsindən istefa verməsə namizədliyinizi irəli sürəcəksinizmi?» sualına Q. İbadoğlunun cavabı belə olub: «Onun da mənim də zamanım var. Odur ki, bərabər statuslarla seçkiyə qatılacağımız zamanı gözləyirəm. Bu bərabər hüquqlarla seçki təminatının ən ilkin şərtidir».

Qeyd edək ki, Q. İbadoğlu Müsavat Partiyası başqanlığı uğrunda gedən mübarizəyə görə Divan üzvlüyündən istefa verib.