
“Düşünmə əzbərlə”
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
Hekayə
Bəlkə kimlər üçünsə maraqlı olar
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
Bu gün böyük yazıçımızın haqqa qovuşduğu gündür
Üç müəllif tanışdır
Osamu Dazai – “İnsanlığımı İtirərkən” əsərinin təhlili
Poeziya keçmişdə zamanda indini tapmaq sənətidir
Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin səbəbi ...
“Hamı əzbər bilir”, “hamı sevir”, “sadə dildə yazıb” fikirləri yaradıcı meyar deyil
“Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir”
... Yaxud insan necə dəyişilir?
Taleyin dramatik təqdimatını nümayiş etdirən əsər niyə qadağan edilmişdi?
... Yaxud Lenin babasının xələfləri
Dəli dahilər, yoxsa dahi dəlilər?
Azərbaycanda ədəbi mühitin bəlaları çoxdur, danışdıqca bitən deyil. Amma məsələ ondadır ki, bu problemlər təkcə ədəbi mühit adamları tərəfindən yox, get-gedə xalq arasında da qəbul olunmaqdadır. İki-üç gün bundan irəli avtobda iki evdar qadının (belə güman etmək olardı) ədəbiyyat adamları barədə dedi-qodularına istəmədən qulaq müsafiri olduqda, əməllicə bir çox məsələlərdən halı olduqlarını anladım.
Başa düşdüm ki, get-gedə böyük yazıçı-şair-tənqidçi-ədəbiyyatşünaslar, xüsusən də, bir-biri ilə münasibəti gərginləşmiş ədəbiyyat adamları da şou-biznes nümayəndələri kimi qəbul edilir, onlara məhz bu cür yanaşırlar, davalarından danışırlar, izləyirlər. Bir müddət sonra, əgər belə getsə, şair-yazıçıların da evinin içini çəkəcəklər, dolablarını boşaldacaqlar, onları da aparıb yemək bişirtdirəcəklər, özü də bu vəziyyət o qədər təbii olacaq ki, heç kəs buna təəccüblənməyəcək.
Ədəbiyyatımızın başına nə oyun gəlmişdisə də, ona həmişə əlçatmaz bir şey kimi baxırdılar, amma belə getsə bir gün ədəbiyyat da hamının evinə girə bilən, hamının müdaxilə edə biləcəyi bir sahəyə çevriləcək. Sovet hökuməti dağılandan sonra şair adı ilə ondan-bundan pul istəyənləri dilənçillərlə hansı cür eyniləşdirdilərsə, bu gün də ədəbiyyatı qalmaqala çevirib ucuz şouya çevirənləri o şəkildə şou əhli ilə bərabər tutacaqlar. Belə getsə ictimai şüurda yazar olmaq utanc gətirəcək bir peşəyə çevriləcək. Əgər müğənnilərin davası televiziyada gündəmdən əskik olmursa, yazıçılar da saytlar səviyyəsində eyni şeyi edirlər. Amma müğənnilər təkbətək vuruşmağa üstünlük versələr də, yazıçılar “ordu-ordu” vuruşmağa üstünlük verirlər.
Suyu bulandıranların təmiz sudan danışması isə birmənalı biabırçılıqdır. Bircə istəyim odur ki, ədəbiyyatı kütlənin səviyyəsindən də aşağı salmasınlar, qalanı öz işləridir.