vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜLƏŞ  
21:28 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 3945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa çempionumuz dünyanın da ən güclüsüdür

Hacı Əliyev finalda İran güləşçisinə qalib gəlib

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.

61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran H.Əliyev dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İran güləşçisi olub. Təmsilçimiz final görüşünü 12:7 hesablı qələbə ilə başa vurub.

97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Çeban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxand, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeri Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla final görüşünə çıxıb. Gərgin keçən görüşdə Rusiya təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.

 

61 kq

1/16 final - Hacı Əliyev - Vasil Şuptar (Ukrayna) 14:2

1/8 final - Kristof Bienkovski (Polşa) - Hacı Əliyev 0:10

1/4 final - Andrey Perpelita (Moldova) - Hacı Əliyev 0:11

1/2 final - Hacı Əliyev - Yovlis Bonne (Kuba) 4:2

FİNAL - Məsud Mahmud Esmailpurjuybari (İran) - Hacı Əliyev 7:12

 

65 kq

1/16 final - Məhəmməd Müslümov - Vilson Ndreqyoni (Albaniya) 10:0

1/8 final - Məhəmməd Müslümov - Bazar Bazarquruyev (Qırğızıstan) 10:2

1/4 final - Mustafa Kaya (Türkiyə) - Məhəmməd Müslümov 10:0

 

74 kq

1/16 final - Əşrəf Əliyev - Karmelo Lumia (İtaliya) 11:1

1/8 final - Alireza Afzalipaimami (İran) - Əşrəf Əliyev 4:6

1/4 final - Jumber Kvelaşvili (Gürcüstan) - Əşrəf Əliyev 9:5

 

97 kq

1/16 final - Nikolay Çeban (Moldova) - Xetaq Qazyumov 0:6

1/8 final - Xetaq Qazyumov - Elizbar Odikadze (Gürcüstan) 2:1

1/4 final - Xuderbulqa Dorjxand (Monqolustan) - Xetaq Qazyumov 0:6

1/2 final - Valeri Andreetsev (Ukrayna) - Xetaq Qazyumov 1:5

FİNAL - Abdusalam Qadisov (Rusiya) - Xetaq Qazyumov 2:1