vaxtlı-vaxtında oxuyun! Şənbə, 14 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
Azərbaycan çörəyi ilə böyüyən Kvarstsxeliya 10:16 | 1 iyun 2025 | Bazar Məqaləyə 42 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan çörəyi ilə böyüyən Kvarstsxeliya

... və erməni separatçısı Mıxtaryan

Anar NATİQOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Xviça Kvarstsxeliya... Gürcüstan yığmasının və gürcü futbolunun parlaq ulduzu. PSJ-nin Çempionlar Liqası finalında “İnter” üzərində 5-0 hesablı möhtəşəm qələbəsində pay sahibi və qol müəllifi.

Mən dünənki matçda açığı çox duyğulandım və sevindim. Öncə baş məşqçi Luis Enrikenin çox kiçik yaşda ağır xəstəlikdən itirdiyi qızı Xananı xatırlatması, matçdan sonra onun fotosu olan forma geyinməsi və qələbəni ona həsr etməsi çox təsirli səhnələr idi.

Digər tərəfdən “İnter”in yaxşı futbolçu olsa da, hər zaman Azərbaycana qarşı separatçı fikirləri ilə diqqətə gələn və bir zaman işğalda olan Şuşada özünə villa tikdirən Henrix Mxitaryanın məğlub olması möhtəşəm idi. Əgər 36 yaşlı erməni əsilli futbolçu bu kuboku qazansaydı tarixə düşəcəkdi. Çünki bundan əvvəl o digər iki Avropa klub kubokunu qazanıb.

Qayıdaq Xviçaya. Axı onun da soyadının ən azı Azərbaycanla bağlılığı var.

Atası Badri Kvaratsxeliya. Bir sezon “Kəpəz”, ondan sonra 7 il “Şəmkir”in hücumçusu idi. Azərbaycan çempionatının bombardiri, 3 dəfə çempionu, bir dəfə kubok sahibi oldu. “Şəmkir”in həyatında Çempionlar Liqasında “Skonto” ilə cavab matçında het-trik edərək ilk dəfə Azərbaycan komandasının bu turnirdə mərhələ keçməsinə əsas səbəbkar. Bizim nəsil idman yazarları həmin matcların əksəriyyətini Tofiq Bəhramov adına respublika stadionunun tribunasından izləmişik, sevinmişik, reportaj yazmışıq...

Xatırladaq ki, Badri həm də ikili vətəndaş kimi Azərbaycan milli komandasının da formasını geyinib... Sonalar isə müxtəlif Azərbaycan komandalarına baş məşqçilik də edib həm də bizim Badri, Xviçanın atası...