vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:18 | 17 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 2363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Serj Sərkisyanın növbəti özünüifşası»

Erməni prezident nəinki Azərbaycan ərazisindəki, hətta ölkəsindəki cinayətlərini də ört-basdır edə bilmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazilərində Ermənistan ordusunun qondarma «Dağlıq Qarabağ ordusu» ilə birgə hərbi təlimlərinin uğurlu keçməsi barədə bəyanat verməklə bir daha özünü beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi.

Bu bəyanat onu göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqları açıq-aşkar şəkildə pozmağa, status-kvonu qoruyub saxlamağa çalışır.

Əvvəla, bu bəyanatı verərkən Serj Sərkisyan nəzərə almalı idi ki, Dağlıq Qarabağın müstəqilliyi dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən tanınmır. Dağlıq Qarabağ ərazisi dünya dövlətləri, o cümlədən BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi tanınır.

Əgər dünya dövlətləri və beynəlxalq təşkilatlar hansısa bir subyektin müstəqilliyini tanımırsa, demək həmin subyekt ya terrorçu, ya da işğalçı rejimdir. Belə olduğu halda isə Ermənistanın həmin rejimlə birgə Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirməsi və bunun da uğurlu olmasını bəyan etməsi Ermənistanın da terrorçu və işğalçı ölkə olmasını bir daha göstərir. Axı bir ölkənin digər ölkənin ərazisində qanunsuz hərbi təlimlər keçirməsi nə deməkdir?

Ermənistanın hərbi helikopterinin Azərbaycan ərazisində vurulması ilə bağlı Ermənistan rəhbərliyinin mövqeyi də bu ölkənin nə qədər saxtakar, riyakar, regionda sülhə və təhlükəsizliyə nə qədər böyük təhlükə olduğunu göstərdi. Ermənistan əvvəlcə hər vəclə vurulan helikopterin Dağlıq Qarabağdakı işğalçı rejimə məxsus olduğunu sübut etməyə, həmişəki kimi məsuliyyəti öz üzərindən atmağa çalışırdı, ancaq Azərbaycan tərəfinin danılmaz faktlar ortaya qoyması Ermənistanın bu səylərini heçə endirdi.

Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq üçün bu cür təxribatlara və bəyanatlara əl atması artıq adi hala çevrilib. Onlar çalışırlar ki, bu cür təxribatlarla indiyə qədər həm Dağlıq Qarabağda, həm də Ermənistanın özündə törətdikləri qatı cinayətləri ört-basdır etsinlər.

Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilən Xocalı soyqırımında və digər qatı cinayətlərdə birbaşa rolu olan Serj Sərkisyan yaxşı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm də onun və onun cinayətkar rejiminin sonu olacaq. O yaxşı bilir ki, onu beynəlxalq tribunal və ağır cəza gözləyir.

Ancaq Ermənistan rəhbərliyinin bu cinayətləri ört-basdır etmək cəhdləri öz əleyhinə işləyir. Necə deyərlər, «qaş düzəltmək istədikləri yerdə, vurub gözü də çıxardırlar». Hər təxribatda Azərbaycandan layiqli və sarsıdıcı cavab alırlar.

Serj Sərkisyan bu əməllərindən nə qədər tez əl çəkib öz cinayətlərini etiraf etsə, bir o qədər onun xeyrinə olar. («Trend»)