vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
21:39 | 24 aprel 2013 | Çərşənbə Məqaləyə 4264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əbuturabinin erməni sevgisinin mənbəyi»

Sədrəddin SOLTAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İslamdan danışıb, müsəlmanların haqqını tapdayan, yaxud belələrini bir qayda olaraq, dəstəkləyən Tehran rəsmilərinin sərsəm çıxışları davam edir.

Lent.az-ın erməni informasiya vasitələrinə istinadən məlumatına görə, İslam Respublikası parlamenti sədrinin müavini Məhəmmədhəsən Əbuturabi İranda «Hay dat» mərkəzinin ofisində təşkil olunmuş tədbirdəki çıxışı da bu qəbildəndir.
Ermənilərin uydurduğu tarixlə bağlı orada keçirilən tədbirdə Əbuturabi deyib : «Bu gün suriyalıların qanına əli bulaşanların bir zaman ermənilərin qanına əlini bulaşıb».
İslam Respublikasında erməni dilində çıxan «Alik» qəzeti bildirib ki, bu tədbirdə İranın rəsmi, siyasi, xadimləri və elmə adamlarının iştirak etdiyi mərasimdə sədr müavini «erməni soyqırımı (!?-red)» ifadəsini işlədib.
Məsələnin ən təəccüblü və təəssüfedici məqamı bu sayaq din xadimləri və dövlət adamları islam adından danışır, özlərini dünya «müsəlmanlarının himayəçisi» kimi göstərməyə çalışır.
Ancaq kimsəyə sirr deyil ki, əbuturabilər saxta islam təəssübkeşliyindən yalnız öz hakimiyyətlərini qorumaq üçün istifadə edirlər. Fələstin, Suriya, Bəhreyn, Misir və dünyanın başqa bölgələrində onların fəaliyyəti yalnız buna hesablanıb.
Onu da qeyd etmək lazımdır ki, Suriyada axan qanda Əbuturabi və onun təmsil etdiyi hakimiyyətin payı hamınınkından çoxdur.
Hər il ermənilərin saxta tarixi ilə bağlı İslam Respublikasında yaşayan ermənilər aksiya keçirirlər. Bu ildə belə aksiyalar artıq keçirilməyə başlayıblar. Əbuturabinin çıxışı Tehran hakimiyyətinin bu uydurma tarixə münasibətidir.
Bu məqsədlə İrandakı nəşriyyatlarda çap edilən plakatlarda «24 aprel, 1915-ci il, faşist Türkiyə dövlətinə ölüm!» şüarı yazılıb. İrandakı ermənilər bildirişlər paylayıb, mərkəzi küçələrdə türklər əleyhinə şüarlar yazılmış plakatlar yapışdırılıb.
Ötən il də bir qrup erməni Tehranda ermənilərin bu uydurma tarixi ilə bağlı aksiya keçirmişdi. Polisin mühafizəsi altında keçirilən aksiyada «Türklərə ölüm, Türkiyəyə ölüm, Azərbaycana ölüm!», «Qərbi Ermənistan azad olmalıdır!» kimi şüarlar səsləndirilib.
Bu onu göstərir ki, İranda ermənilərin saxta tarixlərinin himayəçiləri həmişə tapılıb.
Belə aksiya daha geniş miqyasda keçirilir. Tehranın, İsfahanın, hətta Təbrizin və ermənilərin yaşadığı başqa şəhərlərin küçələrinin divarlarına Türkiyə və türklərə qarşı şüarlar yazılır, saxta, qondarma tarixlə bağlı elanlar yayılır.
Əbuturabi saxtakarlığı dilinə gətirən ilk İran rəsmisi deyil. İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi ötən il bu məsələyə münasibət bildirərkən demişdi ki, Osmanlı dönəmində baş vermiş bu hadisə araşdırılmalıdır : «İran İslam Respublikası dünyadakı bütün soyqırımları və buna bənzər halları qınayır».
İran parlamentinin erməni mənşəli deputatı hətta bir neçə il öncə bu məsələni qanunverici orqanın gündəliyinə çıxarmağa cəhd etmişdi.
Yeri gəlmişkən, təəssüflər olsun ki, 1918-ci ilin martında Güney Azərbaycanın Xoy, Salmas, Urmiya şəhərlərində, Muğan bölgəsində, Qaradağ mahalında, ümumiyyətlə, Güney Azərbaycanın əksər yaşayış məntəqələrində ermənilərin də iştirakı ilə türklərə qarşı soyqırım aktını İslam Respublikasının rəhbərliyi dilinə gətirməkdən belə qorxur. Əksinə, bu məsələ ilə bağlı tədbir keçirənlər davamlı surətdə təzyiq və təqibə məruz qalırlar.
Bir xatırlatma.  Abbasəli Həsənov Azərbaycanın İranda səfiri olduğu dönəmdə  Tehrandakı məscidlərin birində Xocalı soyqırımı ilə bağlı tədbirin keçirilməsinə imkan verilməmiş, həmin tədbir dağıdılmışdı.
Bütün bunlar Tehran hakimiyyətinin İslam respublikası olmadığını, fars mərkəzli İran düşüncə sisteminə qulluq etdiyini göstərir. Yəni, bu dövlət panfarsizm ideologiyası əsasında qurulmuş paniranistlərin dövlətidir. Odur ki, bunların içərisində bölgədə olan bütün qeyri-fars millətlərə qarşı düşmənçilik var. Bunlar qeyri-fars olan millətləri, etnosları, etnik qrupları sevmirlər. Nə türkləri, nə ərəbləri, nə kürdləri, nə də yəhudiləri sevirlər. Odur ki, həmin etnik qrupların dövlətlərinə qarşı da hamıya bəlli münasibət sərgiləyirlər.
İran dövləti əvvəllər terror təşkilatı olan PKK-ya, «Hizbullah» kimi təşkilatlara Türkiyənin ərazisində bir sıra terror aktları törətməkdə, Türkiyəyə qarşı çıxışlar etməkdə hər cür dəstək verib.İran ayrı-ayrı qonşu ölkələrdən terrorçuların, yaxud başqa etnik qrupların Güney Azərbaycan ərazisində yerləşməsinə imkan, şərait yaradıb. Bu tədbirlər yalnız hansısa etnik qrupun, hansısa saxta tarixinin dəstəklənməsi ilə bağlı deyil. Bu, bütövlükdə İran İslam Respublikası hakimiyyətinin, İran İslam Respublikasının bölgədəki dövlətlərə və etnik qruplara münasibətinin göstəricisidir. İran dövləti ermənini ona görə dəstəkləyir ki, o, türkün düşmənidir. Çünki İran İslam Respublikasının yürütdüyü siyasi –ideoloji xəttin  alt qatında İran mərkəzli fars şovinizmi dayanır. Bu düşüncə isə türkləri sevmir.
Beləliklə, Əbuturabi bir daha təsdiqlədi ki, İran İslam Respublikası İslam demək deyil.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)