Moskvadan – etiraf
«Ermənilər həyasızlaşaraq, özlərinə həddən artıq güvənərək...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ağlar qaralara qarşı...
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
-
Türk dünyasının həmrəyliyi üçün ən gözəl model
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
Dağlıq Qarabağ münaqişəsi zonasında sonra günlər cərəyan edən hadisələr Azərbaycanın Silahlı Qüvvələri ilə bağlı Ermənistanda olan bir çox «suallar»a cavab oldu.
Əgər aprelin 2-dək Ermənistan rəhbərliyi, xüsusilə də prezident Serj Sərkisyan vətəndaşlarını inandırmağa çalışırdısa ki, erməni ordusu «güclüdür, hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycana layiqli cavab verəcək» - aprelin 2-dən sonrakı hadisələr bütün bunların sabun köpüyü, sırf təbliğat, özü də yalan olduğunu göstərdi. Özü də Azərbaycan Ordusunun əvvəlcə erməni hücumlarının qarşısını sərt və qətiyyətlə alması, sonra da əks-hücuma keçərək erməniləri illərdən bəri məskunlaşdıqları və az qala «alınmaz qala» hesab etdikləri mövqelərdən vurub çıxarması Ermənistanı, sözün gerçək mənasında, şoka salıb.
Bunu erməni politoqlarla yanaşı, rusiyalı hərbi ekspertlər də deyirlər.
Milli.az bildirir ki, tanınmış rusiyalı politoloq, hərbçi Oleq Kuznetsovun sözlərinə görə, aprelin 2-də başlanmış döyüşlər sonucları əvvəlcədən məlum olmayan spontan hərbi əməliyyat idi. Dağlıq Qarabağ münaqişəsi zonasında erməni hərbçilər sürəkli olaraq atəşkəs rejimini pozur, bu minvalla müdafiənin ön xəttini Azərbaycan Ordusunun kəşfiyyat əməliyyatlarından qorumağa çalışırdı.
Bu, mövqe döyüşlərinin aksioumudur. Fəqət, mövqe döyüşləri və əslində, mövqelərin bəlirlənməsi üçün atışmalar sonsuza qədər davam edə bilməzdi.
Ermənilər həyasızlaşaraq, özlərinə həddən artıq güvənərək hücuma keçməyə qərar verəndə çox ağır cavab aldılar.
«Azərbaycanın dövlət başçısı İlham Əliyevin Vaşinqtona, IV Nüvə Təhlükəsizliyi Sammitində yollanmasından istifadə edən erməni generalları münaqişə bölgəsində yeni təxribata başladılar. Onlara əmri Ermənistan prezidenti Serj Sarkisyan vermişdi. Son 20 ildə ilk dəfə olaraq Ermənistanın hərbi birləşmələri reaktiv artilleriya sistemləri, toplar və tanklardan istifadə edərək Azərbaycanın mövqelərini atəşə tutdular. Lakin onlar bu dəfə cavab atəşi ilə yox, atəş açıldığı mövqelərə əks-hücumla qarşılaşdılar. Ermənilərsə belə əks-hücuma, ağır cavab zərbəsinə əsla hazır deyildilər», - Oleq Kuznetsov deyib.
Digər rusiyalı ekspert Tatyana Mogilyova isə hesab edir ki, son günlərdə cəbhə bölgəsində yaşanan hadisələr Azərbaycan ordusunun Ermənistanın silahlı qüvvələrindən həm döyüş hazırlığı səviyyəsi və peşəkarlıq, həm də hərbi texnika təminatı baxımından dəfələrlə üstün olduğunu göstərdi.
«Azərbaycan əks-hücumunda motoatıcı birləşmələrlə yanaşı, artilleriya birlikləri, zirehli texnika və cəbhə aviasiyasından istifadə etdi. Bu isə fikrimcə, Azərbaycanın silahlı qüvvələrində müxtəlif qoşun növləri arasındakı çox yaxşı inteqrasiyanı göstərir. O da bəlli oldu ki, Azərbaycan ordusunun zabitləri ABŞ, Britaniya, Fransa və Rusiya ordularının son illərdəki hərbi əməliyyatlardakı təcrübəsini yaxşı öyrəniblər.
ABŞ-ın Əfqanıstan, İraq və Suriyada, Rusiyanınsa Suriyadakı əməliyyatları göstərdi ki, hədəfləri canlı qüvvə hesabına yox, texnika ilə, uzaqdan və səmadan zərbələrlə məhv etmək daha effektiv nəticələr verir. Ermənistana gəldikdə isə, Rusiyanın illərdən bəri təlim keçdiyi erməni ordusunun hərbi idarəetmə sisteminin yarıtmaz səviyyədə olduğu göründü. Ermənistan ordusunun döyüş bölgəsində istifadə etdiyi hərbi texnika fiziki və mənəvi baxımdan köhnəlib. Azərbaycanla müqayisədə Ermənistanın daha çox, daha ağır itkilər verməsinin başlıca səbəbi də budur», - T.Samoylova dedi.