vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
01:14 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha 8 nəfər edam olunub

Dara çəkilənlərdən 3-nün adı məlumdur

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha 8 adam edam edilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, müttəhimlərdən 2-si noyabrın 6-sı sübh saatlarında İranın Rəşt şəhərinin həbsxanasında, 6-sı isə Məşhədin Vəkilabad zindanında dara çəkilib. Edam edilənlər, ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəldən təkadamlıq kameralara köçürülmüşdü. Rəşt həbsxanasında dara çəkilənlərin adları mediaya açıqlanmayıb. Məşhəd zindanında isə edam edilənlərdən üçünün adları bunlardır: Əhməd Adəmpur, Arif Purrəhməti və Vəli Məhəmməd Bərzigər.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.