vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
21:25 | 25 noyabr 2016 | Cümə Məqaləyə 1224 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nardaran olaylarındakı İran barmağı göründü

Təbrizdə fars-molla rejiminin əlaltıları təxribatın ildönümündə anım mərasimi keçiriblər

MÖVZU İLƏ ƏLAQƏLİ

İran rejiminin əlaltıları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməyə davam edir. Təbrizdən əldə etdiyimiz məlumata görə, noyabrın 24-də Təbrizin Vəliəsr şəhərciyinin İmam Sadiq məscidində ötən ilə Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərin ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

Axund Muctaba Nəzərinin çıxışı ilə keçirilən mərasimə “ETTELAAT” Şöbəsinin əməkdaşları, “Bəsic” (Radikal hökumət tərəfdarları yarımsilahlı dəstələr) qüvvələri və s. kimi rejimin əlaltıları qatılıb. Mərasimdə Azərbaycan Respublikasının ünvanına sərt ittihamlar səsləndirilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 5-i zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub.