Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
21:40 | 7 dekabr 2016 | Çərşənbə
Məqaləyə 2129 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiya İslam Komitəsinin sədri, tanınmış azərbaycanlı soydaşımız, filosof-politoloq, Azərbaycanımızın Rusiyada əsas müdafiəçilərindən sayılan Heydər Camal vəfat etdi. Bütün Rusiya ictimaiyyəti kədərləndi, sevgi və ehtiramını bildirdi. Rusiyada yaşamış və hər zaman bu ölkəni diqqətdə saxlayan insan kimi, çoxdan, rus cəmiyyətinin kimin üçünsə, belə dərin, səmimi kədər çəkdiyini müşahidə etməmişdim.
Ölkəmizdə də həmyerlimizin ən yüksək və xoş sözlərlə xatirəsi yad edildi: «Heydər Camalın ölümü Azərbaycan diasporu, elmi ictimaiyyəti üçün böyük itkidir», «Qarabağ haqqımızı ədalətli müdafiə edən, erməni uydurma çıxışlarına tutarlı cavab verən, prinsipial mərd vətənpərvər bir insanı itirdik», «Azərbaycan üçün gördüyü işlər danılmazdır»- s. sözlər...
Ancaq bu təriflərin, yüksək sözlərin müqabilində bir sual edən olmadı: Bu rəhmətlik vətən oğlunu necə, hansı səviyyədə, harada dəfn edək? Niyə ki, Qazaxıstanda dəfn edildi, necə dəfn edildi, niyə özü bunu bizdə, Azərbaycanda istəmədi? Nəhayət, niyə bu dəfinə dövlət, ictimai-ziyalı heyətimiz getmədi, niyə hərəkətimiz olmadı, bir əməli addım atılmadı?
Qazaxıstan çöllərinin çox ucqar bir yerindən Heydər Camalın dəfnindən şəkillər paylaşıldı. O dəfndən nəsə əlamət var idimi ki, bütün postsovet məkanının sayıb hörmət etdiyi bu məşhur, bu tanınmış mütəfəkkir insan azərbaycanlıdır? Nə isə...
Yaxşıca düşünürük, saf-çürük edirik, danışırıq... Əməli-praktik fəaliyyət isə, yoxdur! Reallıq yoxdur. Fəaliyyət göstərib, hərəkət edib işləməkdən başqa hər şeyi gözəl bilirik. Hər sahədə bu cür kütləvi fəaliyyətsizlik, küt hərəkətsizlik, işləksizlik, dinamik tormozlanma basıb bizi...
Heydər Camal yaşadı, çalışdı, yaratdı. Böyük bir postsovet məkanında irəli çıxdı, tanınib hörmət qazandı, köçüb çıxıb gedib haqqın dərgahına qovuşdu. Bəs, biz nə edəcəyik, bu çalışqansızlıq, hərəkətsizliklə? Belə templə bu ağır iqtisadi böhrandan çıxa biləcəyikmi?
Açılışıb hərəkətə, öz istehsal, yaradıb-qurma tempimizə keçməsək, bu durğun fiziki-psixoloji durumla hansısa maaş artımları, kompensasiyalar ya, lap süni ucuzlaşmalar bizə kömək edəcəkmi? Quyuya su tökməklə, quyuda su olacaqmı?