Vergilərdən Milli Məclisə təcili layihə
Nazir offşordakı pulların vergiyə cəlb olunacağını açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Xərclərin süni şəkildə artırılması (transfer qiymətləndirmə) hallarına qarşı mübarizə gücləndirilir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.
Nazir əlavə edib ki, bu məqsədlə Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb.
«Vergi Məcəlləsinin 14-cü maddəsi vergitutma məqsədləri üçün tərəflər arasında aparılan əməliyyatda malların (işlərin, xidmətlərin) bazar qiymətinin müəyyən edilməsini tənzimləyir. Bu maddənin mövcud redaksiyası rezident vergi ödəyicisinin ölkə hüdudlarından kənarda təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlarda gəlir və xərclərinin düzgün bölüşdürülməsinə nəzarət etməyə imkan vermir. Belə halların qarşısının alınması məqsədilə ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün layihəyə müvafiq maddələr daxil edilib», - deyə nazir vurğulayıb.
F. Məmmədov əlavə edib ki, layihədə transfer qiymətlərinin təqvim ili ərzində yuxarıda qeyd edilən hər bir şəxs üzrə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara tətbiq edilməsi nəzərdə tutulub: «Qanun layihəsinə bu istiqamətdə dəyişiklik hazırlanarkən, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının (OECD-nin) tövsiyələri öyrənilib, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınıb. Transfer qiymətqoyma Avropa İttifaqına daxil olan ölkələrdə, Amerika Birləşmiş Ştatlarında və sair dövlətlərdə tətbiq olunur».
Bundan başqa, güzəştli vergi tutulan ölkələrdə aparılan əməliyyatlara nəzarət mexanizmi qurulacaq. Bununla bağlı da Vergi məcəlləsinə dəyişiklik təklif olunur.
«Prezident İlham Əliyevin sərəncamı ilə vergi orqanlarına Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması tapşırılıb. Bu mexanizmlərin tətbiqində məqsəd ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin əməliyyatların qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsini təmin etməkdən ibarətdir», - deyə nazir vurğulayıb.
F. Məmmədov qeyd edib ki, bu məqsədlə layihəyə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycandakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilməsini və həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulmasını nəzərdə tutan müddəalar daxil edilib: «Bu dəyişiklik beynəlxalq təcrübədə tətbiq olunan, vergi sığınacaqlarına köçürülərək vergidən yayındırılan gəlirlərlə mübarizə sahəsində atılan addımlardan biridir. Analoji müddəalar Latviya, Estoniya, Qazaxıstan və Gürcüstan kimi ölkələrin qanunvericiliyində nəzərdə tutulub».
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. (APA)