vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
19:18 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 1017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paytaxtda pulsuz «Wi-Fi»

İlk olaraq İçərişəhər və Milli Parkda

Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz «Wi-Fi» xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcək.

«Trend»in məlumatına görə, bunu «Caspian European Club»un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov deyib.

Onun sözlərinə görə, «İctimai «Wi-Fi»» layihəsi çərçivəsində işlər davam edir.

T.Məmmədov deyib: ««Wi-Fi» İçərişəhər və Milli dənizkənarı park ərazisində yerləşdiriləcək. Bu layihənin əsas məqsədi insanların kütləvi toplandığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir».