
Səhmlər yüksəlir, qızıl ucuzlaşır
Dollar bahalaşıb, avro, frank və yen düşüb
Dollar bahalaşıb, avro, frank və yen düşüb
Bazarın faiz endirimi gözləntiləri iyuna qaldı
Nefti qiymətlərini qaldıran səbəb qiymətli metalı düşürür
Qiymətli metal Çindən artan tələblə bahalaşmaqda davam edir
Yüksək idxal valyuta tələbi də yaradır
Fond indekslərinin dəyərinin artması valyutalara da təsir edib
Qızıl sabah və birisi günkü iclas ərəfəsində bahalaşıb
Baffett: “Nağd pula azaltmaq üçün səhmlərin toplanması ən axmaq investisiyasıdır”
Qiymətli metal bu il ilk dəfə iki həftəni ardıcıl ucuzlaşma ilə bağlayır
Qiymətlər 1,8 faiz ucuzlaşıb
Qlobal qızıl tələbi birinci rübdə ən yüksək səviyyəyə çatıb
Bütün dünya qiymətli metal alarkən üç ölkənin mərkəzi bankı 20 ton satıb
Təhlükəsiz sığınacaq tələbi azaldıqca ....
Yumşaldılan tariflər qiymətlərə təsir edir
Ticarət müharibəsi ilə bağlı narahatlıqlar azaldıqca qızıl ucuzlaşmağa davam edir
ABŞ banklarına bir gündə il ərzində aldıqlarından daha çox müraciət gəlib
Manatın dollar qarşısında dəyərdən düşməsi ilə yeni bahalaşma dalğasını gözləmək olar. Strateq.az bildirir ki, bu barədə Azadlıq radiosunun hazırladığı iqtisadi təhlildə deyilir. Təhlildə qeyd olunur ki, Azərbaycan həm idxaldan ciddi asılıdır, həm də yerli istehsal sayılan əksər məhsulların da xammalı xaricdən gətirilir. Məsələn, çay və şəkər ölkədə istehsal olunur, amma xammal xaricdən gətirilir.
Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı üçün gübrə, texnika, dərmanlar, əsasən, idxal edilir. Bu da onların istehsal xərcinə təsir göstərir. Bir sözlə, yerli məhsulun yox səviyyədə olması idxalı şərtləndirir. Valyutanın bahalaşması ölkəyə gətirilən məhsulların qiymətini artırır. Və onların hətta dollar ifadəsində qiymətləri dəyişməsə belə, manat ifadəsində artır və nəticədə idxal inflyasiyası yaranır.
Yada salaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) son valyuta hərracında dollar rekord həddə bahalaşdı.
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunan iclasında 2017-ci ildə makroiqtisadi sabitliyə təminatın və təkrəqəmli inflyasiyanın vacibliyini vurğulayıb.
Əsas işi qiymətlərin sabitliyini təmin etmək olan AMB isə bu ilə konkret inflyasiya hədəfini açıqlamayıb. Azərbaycanın baş bankı «2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı»nda da inflyasiya proqnozunu bildirməyib. Ancaq qeyd olunan səbəblərdən prezidentin birrəqəmli inflyasiya hədəfinin reallaşmasına ümid yoxdur.
İdxal olunan məhsullar bahalaşıb, ixrac ucuzlaşıb
Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, 2016-cı ilin noyabrında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2.4 faiz, MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 2.7 faiz, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri 2.3 faiz qalxıb.
Noyabrdan bəri manatın dəyər itirdiyini nəzərə alsaq, idxal məhsullarının bahalaşmaqda davam edəcəyini demək olar.
İxrac məhsulları isə, əksinə, ucuzlaşıb. 2016-cı ilin noyabrında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 5.9 faiz, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 7.4 faiz düşüb. MDB ölkələrinə ixrac olunan məhsullar isə 3.7 faiz bahalaşıb. Azərbaycanın xarici ticarətində MDB ölkələrinin payı cəmi 12.5 faizdir.