
Qızılın FED gözləntiləri
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Qiymətli metal 45 illik zirvəni fəth edib
Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Tramp FED-dən tələb etdi
Növbədə inflyasiya məlumatları var
Qısa müddətli korelasiya neqativə döndü
Qiymətlər FED faiz endirim gözləntiləri ilə tarixi zirvəyə yaxındır
Bu gün və sabah açıqlanacaq məlumatlar gələcəyi müəyyən edəcək
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Qiymətli metalı rekord səviyyə çatdıran səbəblər nələrdir?
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Sabah və birisi gün açıqlanacaq ABŞ məlumatları qiymətli metala təkan verə bilər
Qızıl rekord təzələdi
Qiyməti 5.000 dollara qədər yüksələ bilər
Ümumdünya Qızıl Şurası 2025-ci ilin birinci rübünün "Qızıl Tələb Trendləri" hesabatını dərc edib. Hesabatda deyilir ki, qlobal qızıl tələbi ABŞ-ın tarifləri, geosiyasi qeyri-müəyyənlik, fond bazarında volatillik və zəif dolların təsiri ilə 2016-cı ildən bəri ən yüksək birinci rüb səviyyəsinə çatıb.
Hesabata görə, qlobal qızıl tələbi birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 1206 tona çatıb. Beləliklə, birinci rübdə qızıl tələbi 2016-cı ildən bəri ölçülən ən yüksək birinci rüb səviyyəsinə çatıb.
Bu dövrdə qızılın qiymət artımında qızılın birja fondlarından daxilolmalar mühüm rol oynayıb.
Mərkəzi bankların qızıl alışları birinci rübdə əvvəlki rüblə müqayisədə yavaşlayıb. Birinci rübdə mərkəzi banklar ümumilikdə 243,7 ton qızıl alıb.
Əvvəlki rübdə 344,7 ton olan investisiya məqsədi ilə qızıl alışları bu ilin birinci rübündə 551,9 tona yüksəlib. Qızıl sikkələrin və külçələrin alışı isə 325,4 ton təşkil edib.
Rekord qiymətlər fonunda qızıl-zinət əşyalarına tələbat kəskin şəkildə azalıb. Zərgərlik üçün istifadə edilən qızılın miqdarı 2020-ci ildə COVID-19 pandemiyası zamanı tələbin dayanmasından bəri ən aşağı səviyyəyə düşüb.
Qızıl qiymətləri 2025-ci ildə rekord həddə çatıb. Qızılın orta qiyməti birinci rübdə illik bazda 38 faiz artaraq 2860 dollar olub.
Qızılın qiymətinin artmasına səbəb olan əsas amillərin ABŞ tarifləri, geosiyasi qeyri-müəyyənlik, birjalardakı volatillik və zəif dollar olduğu müəyyən edilib.