ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
11:55 | 30 aprel 2025 | Çərşənbə
Məqaləyə 104 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Mərkəzi banklar üçün qızılın cəlbediciliyini hələ də yüksək olaraq qalmaqdadır. Bu maraq 2022-ci ildən sonra xüsusilə artıb. Təsadüfi deyil ki, 2022-ci ilin III rübündə ölkələrin əsas bankları son illərin ən yüksək həcmində - 456,9 ton qızıl alıblar. Sonrakı illərdə alışda tendensiya fərqli olsa da, yəni azalma olsa da bankların marağının hələ də yüksək olduğunu söyləmək olar.
2025-ci ilin I rübündə mərkəzi banklar 244 ton həcmində qızıl olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% azdır. Bu il ilk rübündə ən böyük alıcı Polşanın Mərkəzi Bankı olub və ötən il olduğu kimi bu rüb də aktiv alış həyata keçirib. Bazardan 49 ton qızıl alan Polşa (2024-cü ildə 90 ton alıb) ümumi qızıl ehtiyatını 497 tona çatdırıb və bu onun ümumi ehtiyatlarının 21 faizi həddindədir.
İkinci ən böyük alıcı Azərbaycan Dövlət Neft Fondu olub. Fond yanvar-mart aylarında 19 ton qızıl alaraq qızıl ehtiyatını 165 tona çatdırıb. Hazırda Fondun portfelində qızılın payı 26 faiz təşkil edir.
Digər əsas alıcılar Çin (13 ton), Qazaxıstan (6 ton), (Çexiya 5 ton), Türkiyə (4 ton), Hindistan (3 ton), Qətər (3 ton) və Misir (1 ton) olub.
Özbəkistan, Rusiya, Qırğızıstan mərkəzi bankları isə bu qiyməti metallarının bir hissəsini satmalı olublar. I rübdə onların qızıl satışı müvafiq olaraq 15 ton, 3 ton, 2 ton olub.