ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
08:42 | 30 aprel 2025 | Çərşənbə
Məqaləyə 86 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qızıl, ABŞ Prezidenti Trampın avtomobil tariflərinin təsirini yüngülləşdirmək üçün imzaladığı sərəncamdan sonra daha da ucuzlaşır.
Qızılın bir unsiyasının qiyməti əvvəlki sessiyada 0,8 faiz ucuzlaşdıqdan sonra 3,316 dollar ətrafında alınıb. Tramp xaricdə istehsal olunan avtomobillərə tətbiq edilən tariflərin digər vergilərlə üst-üstə düşməsinin qarşısını alan və ABŞ-da avtomobil istehsalında istifadə olunan ehtiyyat hissələrin rüsumlarını azaldan iki sərəncam imzalayıb.
İstehlakçı inamı iqtisadiyyat və əmək bazarı ilə bağlı artan bədbinlik fonunda aprel ayında təxminən beş ilin ən aşağı səviyyəsinə düşüb. Eyni zamanda, ABŞ-da iş yerləri sentyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
ABŞ-ın rəhbərlik etdiyi ticarət müharibəsinin təsiri qeyri-müəyyən olaraq qaldı və qızıla tələbi artıraraq, keçən həftə bir unsiya qiymətini qısa müddət ərzində 3500 dollardan yuxarı qalxdı. Bu yüksəliş qızılla dəstəklənən birja fondlarına güclü axınlar, mərkəzi banklar tərəfindən ciddi alışlar və Çində spekulyativ tələbin əlamətləri ilə dəstəklənir. Qızıl ilin əvvəlindən 25 faizdən çox dəyər qazanıb.
Detroit yaxınlığındakı tədbirdə çıxış edən Tramp deyib ki, Çin, Hindistan və Fransa rəsmiləri ticarət razılaşmaları əldə etmək üçün ABŞ-a müraciət ediblər. Lakin Pekin Vaşinqtonla danışıqlar apardığı iddialarını rədd edib. Prezident həmçinin FED sədri Cerom Pauelli yenidən tənqid edərək, yüksək inflyasiya məlumatlarını “saxta xəbər” adlandırıb.
Sinqapur vaxtı ilə səhər saat 7:50-ə olan məlumata görə, spot qızıl 0,1 faiz ucuzlaşaraq bir unsiya üçün 3,315,87 dollar olub. “Bloomberg Dollar Spot” İndeksi sabit olub. Gümüş, platin və palladium qiymətləri də əsasən sabit qalıb.