
Qızılın qiymətləri yüksəlir
Qiymətli metal 45 illik zirvəni fəth edib
Qiymətli metal 45 illik zirvəni fəth edib
Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək
ABŞ faiz endirimləri və geosiyasi gərginliklər qlobal bazarlarda təsir edir
Tramp FED-dən tələb etdi
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
ABŞ, Avropa və Asiya birjalarında nələr baş verdi?
ABŞ Bazarlar hələ də müqavimətlidir, amma...
Qiymətli metalı rekord səviyyə çatdıran səbəblər nələrdir?
Sabah və birisi gün açıqlanacaq ABŞ məlumatları qiymətli metala təkan verə bilər
Ötən həftəni itkiylə bağlayan səhmlər yeni iş günündə üzləri güldürdü
Qiyməti 5.000 dollara qədər yüksələ bilər
Qiymətli metal FED gözləntiləri ilə 3 600 dolları aşaraq zirvəyə çatdı
İnvestorların diqqəti ABŞ göstəricilərinə yönəlib
“FED-ə inam zəifləsə, qızıl 5 min dollara çata bilər”
“S&P 500” üçün süni intellekt yüksəlişi proqnozu
Qızıl da 1 faiz bahalaşdı
“Berkshire Hathaway” baş direktoru Uarren Baffett, qısamüddətli dalğalanmaların investorları çaşdıra biləcəyini vurğulayarkən, uzunmüddətli perspektivdə bazarlarla bağlı nikbinliyini qorudu.
“Uzunmüddətli tendensiya yüksəlir. Bazarın sabah, gələn həftə və ya gələn ay nə edəcəyini heç kim bilmir. Amma hamı bu haqda danışır, çünki danışmaq asandır. Amma bunun heç bir dəyəri yoxdur”, – Baffett “Berkshire”ın illik səhmdarlarının yığıncağında deyib.
Baffett bu sözləri səhmdarın “Berkshire”nin 2025-ci ilin birinci rübündə 347 milyard dollara çatacağı gözlənilən nəhəng nağd pul ehtiyatları ilə bağlı sualına cavab olaraq deyib. O, illik məktubunda qeyd etdiyi kimi, bu qədər böyük məbləği nağd pulda saxlamağa üstünlük vermədiyini təkrarlayıb. Bununla belə, o, açıq şəkildə bildirdi ki, ehtiyatsız alış-veriş etməkdənsə, nağd pulu saxlamaq daha ağıllıdır.
“Əgər şərtlər uyğun olsaydı, biz məsələn, 50 milyard dollarlıq nağd pul səviyyəsinə sahib olmağı üstün tutardıq. Amma işlər belə getmir”, – deyən Baffett, şirkətləri satın almağın və ya yalnız nağd pul səviyyəsini azaltmaq üçün səhmlərin toplanmasının dünyanın ən axmaq investisiyası olacağını vurğuladı.