vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
20:31 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 2984 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç bir dava düşməyib»

«Azərişıq» ASC açıqlama yaydı

«Azərişıq» ASC-nin mətbuat xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün bəzi saytlarda «Azərişıq» ASC-nin işçilərinin Pirşağıda məskunlaşmış məcburi köçkünlər üçün sayğacların quraşdırılması zamanı dava düşdüyü haqda məlumatlar dərc olunbub. «Azərişıq» ASC bununla bağlı yaydığı açıqlamada həmin iddiaların tam əsassız olduğunu bildirib.

Səhmdar Cəmiyyətindən VAXT.AZ-a daxil olmuş açıqlamada deyilir: Pirşağı qəsəbəsində yerləşən «Qızılqum» sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə «Azərişıq» işçiləri arasında heç bir dava düşməyib.

Yüzə yaxın əməkdaşımızın «Qızılqum» və «Gilavar» sanatoriyalarında olmaları haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzi saytlarda bu cür böhtan xarakterli məlumatların yoxlanılmadan yayılması təəssüf hissi doğurur və bütünlükdə ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq halları ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılaraq, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir.

Azərbaycan Respublikası Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilib göstərişin operativ icrası məqsədi ilə «Azərişıq» ASC-də Mərkəzi Qərargah yaradılib.

Məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir. Bakının Yasamal, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, Nizami, Binəqədi və Nərimanov rayonlarında, Aran və Şimal Regionlarının xidməti ərazilərində olan yataqxanalarda yaşayan məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir. Son bir neçə gündə artıq 5700 məcburi köçkün evlərinə sayğac quraşdırılıb.

Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılıb, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb.

Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması mütəmadi olaraq Kütləvi Informasiya Vasitələrində məlumatlandırılır.