«Gecəyeri»də hər yer işıqlandı
Tarix boyu heç vaxt elektrik olmayan kəndə işıq çəkildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Korrpsuiyalaşmış idarənin hakimi Akim Bədəlovun ağır bədəli
Prezident energetika sektorunda yeni islahatlar başlatdı, ABEDA-nın aktivləri «Azərişıq»a verildi
-
«Qışa tam hazırıq»
«İşimizi elə qururuq ki, mövsümü amillərdən asılı olmasın...»
-
«Azərişıq» hazırdır
Güclü qar elektrik enerjisi ilə təchizata necə təsir edib...
-
... BŞİH-də müşavirə
Prezidentin tapşırığı ilə...
-
Dəmir Yol Vağzalı sərnişinlərin ixtiyarında
Prezident və xanımı əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu
-
2 ilə fasiləsiz enerji təminatı
Prezident həmin vəzifəni «Azərişıq» ASC-yə həvalə edəndən bəri nələr dəyişdi...
-
«Heç bir dava düşməyib»
«Azərişıq» ASC açıqlama yaydı
-
«Çörəkpulu» və digər imtiyazlar ləğv olunub?
«Qaçqınkom»dan açıqlama
-
Gecə başqa, gündüz başqa
Azərbaycanda elektrik enerjisinin qiyməti günün vaxtına görə dəyişə bilər
-
...Limitlər artırıldı
Tarif Şurası qaz və elektrik enerjisinə görə tətbiq etdiyi güzəştlərə...
-
«Azərişıq» fasiləsiz iş rejiminə keçib
«Problemi olanlar bizim çağrı mərkəzimiz olan 199-a zəng etsinlər»
-
Sosial-iqtisadi böhrandan necə çıxaq?
6 bəndlik təklif…
-
Elektirkə necə qənaət etməli?
A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazlara üstünlük verin
-
Enerjinin qiyməti əl yandıracaq...
Qışda qazın, yayda elektrik enerjisinin...
-
Ədalətsizliyin differensiyası...
... və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında
-
Terapiyasız şok...
İslahatlar çox gec görünür
Prezident İlham Əliyevin «İşıqlı Azərbaycan» layihəsi sayəsində Astara rayonunun ucqar Şəvqo kəndində ikiqat bayram yaşanıb. «Trend»in məlumatına görə, Qurban Bayramı günündə tarix boyu elektrik enerjisi olmayan Şəvqo kəndinə «Azərişıq» ASC tərəfindən işıq verilib. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub.
Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv –luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb.
Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub. «Azərbaycanın hər bir nöqtəsi keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır» devizi üzərində qurulan «İşıqlı Azərbaycan» layihəsi sayəsində işıqlı günə çıxdıqları üçün kənd sakinləri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. «Azərişıq» ASC-nin məsul vəzifəli şəxsləri elektrik enerjisinin qoşulması prosesində iştirak ediblər və kənd sakinləri ilə birgə ilk dəfə evlərin işıqlarını yandırıblar. Şəvqo kəndində qurbanlar kəsilib.
Maraqlıdır ki, ömür boyu elektrik enerjisi olmayan Şəvqo sözünün talış dilində mənası – şəv «gecə, qo «yeri» deməkdir. Odur ki, artıq «gecəyeri» mənasını verən Şəvqoda gecə də gündüz kimi işıqlı olacaq. «Azərişıq» ASC ölkənin istənilən nöqtəsində məskunlaşan vətəndaşlarımıza xidmək etməkdən qürur duyur.