Kritik infrastrukturların təhlükəsizliyi gücləndiriləcək
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
            					
            	
                15:29 | 4 dekabr 2016 | Bazar
                Məqaləyə 4090 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
                                Paytaxtda on minlərlə insan elektriksiz qaldı
                                Tramp bərpa olunan enerji tənqidini təkrar edir
                                Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
                                Enerji keçidi – ilğım, yoxsa reallıq?
                                Qlobal kömür tələbatı rekord səviyyəyə çatdı
                                Dövlət büdcədən 3 quruma ödənilən subsidiyaları azaltmaq istəyir
                                2 milyard kubmetr qaza qənaət deməkdir
                                ƏDV 4 dəfə artırılır
                                Alimləri havanı yanacağa çevirən günəş reaktoru hazırlayıb
                                Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
                                “AzərEnerji” yeni və nəhəng enerji layihəsi gerçəkləşdirir
                                Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
                                İlk peyk gələn il orbitə buraxılacaq
                                Azərbaycan elektrik ixracından gəlirlərini artırmaq istəyir
                                Tarif Şurası həddi 2200 kubmetrə qaldırdı
Tarif Şurasının son qərarından artan xərcləri necə qarşılamaq qayğısı hamını düşünməyə məcbur edir. Bu şəraitdə Azərbaycan istehlakçıları qənaət mədəniyyətinin formalaşmasına çalışmalıdırlar. Əks təqdirdə onların böyük əksəriyyəti gündən-günə artan xərclərin yaratdığı maliyyə çətinliyini dəf edə bilməyəcəklər. Ailə büdcəsində xərc payı yüksək olan elektrik enerjisinin tarifi kəskin bahalaşdığından mən də iqtisadçı kimi enerji səmərəliliyi, enerjiyə qənaət istiqamətində gedən müzakirələrə töhfə vermək üçün bir sıra tövsiyələri istehlakçılarla bölüşürəm. Ümid edirəm ki, bu tövsiyələr sizin və ailənizin xərclərinizi azaldılmasına xidmət edəcək.
İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi, həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.
Dəhlizlərdə, eyvanlarda səsə həssas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.
Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli birbaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı «USB» kabelləri vasitəsilə kompüterdən doldurmağa üstünlük verin. Enerji mənbəyinə qoşulan kompüterdə işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın «Power saver» və «Sleep mode» xüsusiyyətlərindən də istifadə edin.
Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdirmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazların alınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, paltar qurudan, qab yuyan və s.) normadan aşağı yükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın. Artıq suyun qaynamsı da çox enerji aparır.
Kompüterdə işləyərkən, kitab oxuyarkən, yazı yazarkən otaqda bütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.
Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrik avadanlıqlarının alınmasına üstünlük verin.