vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
10:57 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2702 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsas motiv puldur»

İlham Əliyevin tənqidçisi: «Bakıda Qandi özü prezident olsaydı belə, Azərbaycan ittiham ediləcəkdi...»

Söhbətləşdi: Nair ƏLİYEV, Alxas İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan cəmiyyəti də yeri gəlmişkən, istənilən başqa cəmiyyət kimi yekcins deyil. Və bu «qeyri yekcinslik» ölkədə və onun ətrafında baş verənlər barədə «mətbəx söhbətləri»ində özünü göstərmir. Bu günlərdə baş verən hadisələr göstərdi ki, Avropada Azərbaycandan olan siyasi mühacirlərin icmaı da yekcins deyil. Onlardan bir çoxu öz vətənlərinin patriotları olaraq qalırlar, bəziləri isə yox. Və bu özünü Avropa Parlamentində bəzki siyasi mühacirlərin iştirakı ilə keçirilən dinləmələrdə xüsusilə özünü göstərdi.

Xatırladaq ki, aprelin 6-da «fəal» və «Meydan TV»nin rəhbəri Emin Milli Brüsseldə Avropa Parlamentində Azərbaycandakı situasiya və Avropa Birliyi ölkələrinin buna münasibəti barədə nitqlə çıxış edib. Onun çıxışına Bakıdan jurnalist Xədicə İsmayıl da qoşulub. Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı baş verib və həmin dinləmələrə qatılanlar arasında Çexiyadan olan deputat, qatı ermənipərəst mövqeyi ilə hamının yaxşı tanıdığı Yarmir Ştetina da var idi.

Həmin dinləmələrdə Avropa Parlamentinin rəhbəri Antonio Tayani də iştirak etməliydi və daha sonra onun Azərbaycan prezidenti ilə görüşü nəzərdə tutulmuşdu. Azərbaycan prezidenti bu görüşdən qəti şəkildə imtina etdi.

Emin Millinin və onun yoldaşlarının həmin «dinləmələrə» qədərki və ondan sonrakı hərəkətlərisosial şəbəkələrdə bir çox azərbaycanlı mühacirlər tərəfindən tənqid olundu. Məsələn, Çexiyada yaşayan Mətanət Əzizova onların arasında idi. Emin Millinin hərəkətlərinə sərt mövqe bildirənlərdən biri də siyasi mühacir Zamiq Məmmədli olub, o, Emin Millini milli maraqları satmaqda günahlandırıb. Məmmədli özü bu addımında qeyri-adi heç nə görmür, o, əmindir ki, vətən sevgisi merkantil maraqlardan həmişə üstün olmalıdır.

Zamiq Məmmədli virtualaz.org saytına müsahibəsində özü barədə məlumat verərkən deyib ki, İlk təhsilini Bakı Dövlət Universitetində alıb. Artıq 12 ildir ki, Çexiyada yaşayır. Karl Universitetinin Sosial Coğrafiya fakültəsində oxuyub və daha sonra Praqa Metropolitan Universitetinin Beynəlxalq Əlaqələr və Avropa Araşdırmaları üzrə maqistratura bitirib. Praqa Diplomatik Akademiyasının baş proqramı üzrə də ixtisas alıb.  Çexiyada siyasi şərhçi kimi ictimai-siyasi fəaliyyətlə məşğuldur. 6 ildir ki, bu ölkənin vətəndaşıdır.

Z.Məmmədli Avropa Parlamentində Azərbaycana qarşı səslənən tənqidlərə münasibət bildirərək təəsüflə deyir ki, «insan hüquqları» məsələsi artıq təkcə Azərbaycanda yox, bütün dünyada ticarətin bir qoluna çevrilib, biznes predmeti olub.


«Siyahıya baxanda dəhşətə gəldim...»


«Bu, acınacaqlı haldır. Azərbaycan prezidenti İlham Əliyevin bu dəfəki Brüssel səfəri bir çox məqamlara da aydınlıq gətirdi. Avropa Parlamentinin binasında paralel olaraq «Azərbaycandakı siyasi vəziyyətə» dair bir tədbir təşkl edildi və tədbirin sponsorlarının siyahısına baxanda şəxsən mən dəhşətə gəldim. Emin Milli öz Facebook səhifəsində sponsorların siyahısını fəxrlə qeyd etmişdi və bunların arasında Avroparlamentin çexiyalı üzvü Jaromír Štetina (Yarimir Ştetina) da vardı. Bu şəxs 1990-cı illərdən bütün karyerasını Dağlıq Darabağın müstəqilliyinə və ermənilərin propaqandasına həsr edib, Ermənistanın torpaqlarımızın işğalını müdafiə edib və Azərbaycanı hər zaman birtərəfli qaydada, qeyri-obyektiv şəkildə ittiham edib, «DQR»-nı da su yolu edib...», - Zamiq Məmmədli deyir.

Həmsöhbətimiz bildirir ki, Ştetinanın hansı yuvanın quşu olduğunu görmək üçün uzağa getmək lazım deyil, onun Facebook səhifəsinə baxmaq kifayətdir. Onun erməni lobbi təşkilatları ilə əməkdaşlıq etdiyi gün kimi aydındır.


«Erməni işğalının qurbanlarından biriyəm»


«İndi bu Ştetina «Azərbaycandakı vəziyyətin müzakirəsi» üçün pul xərcləyir. Azərbaycan rəhbərliyi ilə Avropa Birliyi arasında gedən danışıqlar və müzakirələrlə paralel belə bir tədbirin təşkili şübhə doğurmaya bilməz. Mən özüm işğalın yüzminlərlə qurbanlarından biriyəm, Aran Qarağalıyam, Zəngilandanam, Qarabağ mövzusu hər zaman mənim üçün hər zaman ən həssas mövzu olub. Baş verən hadisələrə məhz bu prizmadan baxanda, çox şey aydın görsənir», - Z.Məmmədli bildirir.

Həmsöhbətimizin fikrincə çoxuna paradoksal gələ bilər ki, niyə ermənilər və ya beynəlxalq erməni lobbi təşkilatarı, bəzi böyük dövlətlər Azərbaycanda «insan hüquqları və demokratiya» uğrunda mübarizə aparsınlar? Axı bu, onların nəyinə lazımdır? Əslində isə məsələ Z.Məmmədlinin dediyi kimi, çox sadədir: Avroparlamentdə, BMT-də, ATƏT-də və digər beynəlxalq təşkilatlarda pərdəarxasi mübarizə gedir.


«Arada parlament də gülləbaran edilir, mitinq iştirakçıları öldürülür...»


Siyasi mühacir deyir: «Ermənilər Azərbaycandakı siyasi vəziyyəti, «insan hüquqları və demokratiya» prinsiplərinin pozulmasını qabartmaqla və bunu daima gündəmdə saxlamaqla böyük dövlətlərə və ictimai fikrə bir məsələni aşılayırlar: «Azərbaycanda diktatura var, insan hüquqları pozulur, ölkədə anti-erməni təbliğatı aparılır» və s. Məqsəd isə aydındır - Dağlıq Qarabağ erməniləri beynəlxalq imici bu qədər zərbə alan bir dövlətin tərkibinə qaytarılmasın. Ermənistanda, Gürcüstanda siyasi məhbus yoxdurmu? - Əlbəttə ki var. Məhkəmələr siyasi sifarişlə qərar çıxarmır Əlbəttə ki çıxarırlar. Mitinqlərdə döyülülənlər olmur? Əlbəttə olur, hətta arada parlament də gülləbaran edilir, mitinq iştirakçılarını da gülləbaran edib öldürürlər...Azərbaycanla qonşuluqda ideal ölkə yoxdur, amma məşhur ikili standartlar prinsipini burda da görürük».


Enerji amili


Zamiq Məmmədlinin fikrincə Azərbaycana qarşı bu təbliğatda rol oynayan ikinci əsas amil enerji amilidir. Onun sözlərinə görə, enerji amili dünyada hüquqdan da, beynəlxalq normalardan və prinsiplərdən də üstündür. Həmsöhbətimiz buna misal olaraq ABŞ-ın İngiltərə ilə və ya NATO ilə birlikdə Yaxın Şərq və Şimali Afrikaya BMT qərarları olmadan müdaxilələrini, Latın Amerikası ölkələrinə təzyiqləri, Səudiyyə Ərəbstanı və digər müstəbid rejimlər ilə Qərb dövlətlərinin paradoksal şəkildə çox yaxın ittifaqlarını və s. misal göstərir.

«Azərbaycan da enerji resursları olan ölkədir, bu ölkənin başında İlham Əliyev yox, Mahatma Qandi də olsaydı indi «beynəlxalq ictimaiyyət»in qınağı «Domokl qılıncı» kimi başımızdan əskik olmayacaqdı. Böyük dövlətləri nə Azərbaycanda, nə də başqa ölkələrdəki vətəndaşların «seçki hüququ» o qədər də maraqlandırmır...Səudiyyə-ABŞ ittifaqı buna bariz nümunədir. Bu, sırf Azərbaycan kimi kiçik ölkələrə  təzyiq vasitəsidir. Ya sən buna könüllü alət olursan və ya edilirsən... Məsələ bu qədər sadədir», - Zamiq Məmmədli deyir.


«Erməni soyqırımı» haqda məqaləni Emin Milli  özü yazıb?


Həmsöhbətimiz bildirir ki,  ötən ildən  bu yana MeydanTV-nin internet səhifəsində qondarma «erməni soyrıqımı»nı tanıyan və Azərbaycanı bir dövlət olaraq ittiham edən,  ingilis dilində yazılmış bəyanat tipli məqalə haqqında dəfələrlə yazmışdı. Onun dediyinə görə, ən maraqlısı odur ki, mətin müəllifi kimi heç yerdə mövcud olmayan, mücərrəd «Renata Axundova»dır. «Şəxsən mən bunun Emin Milli olduğuna inanıram. Bu biabırçılığın aradan qaldırılması üçün Emin və Həbib Abdullayevlərə («Milli» və «Müntəzir») ünvanladığım çağırışlar fayda vermədi. Bəyanat tipli məqalə hələ də saytdadır», - o deyir.


«Milli» ləqəbli Abdullayevin ermənipərəst sponsoru


Z.Məmmədli qeyd edir ki, onun və digər mühacirlərin Avropa Parlamentindəki məlum tədbirin iç üzünü, sponsorlarını ifşa etməsi, tədbirə «Skype»lə qatılmış Xədicə İsmayılova və Emin Millini sonradan sırf azərbaycandilli auditoriya üçün ayırdıqları çıxışlarında Qarabağ və Sərkisyan  mövzularına toxunmağa, çıxışlarına tələm-tələsik düzəlişlər və əlavələr etməyə məcbur oldu. Lakin bu tamaşa faktı dəyişmir. Fakt isə ondan ibarətdir ki, birincisi, «Meydan TV» qondarma «erməni soyqırımı»nı tanıyır. İkincisi,  «Milli» ləqəbli Emin Abdullayevə sponsorluq edən erməni lobbisinin AP-dəki təmsilçisi Yaromir Ştetinadır.

«Bu məsələ haqqında öz «Facebook» səhifəmdə yazmağım, bunun sürətlə sosial şəbəkələrdə yayılması Xədicə İsmayılova və Emin Millinin çıxışlarını dəyişmələrinə səbəb oldu. Amma dediyim kimi, bu sırf Azərbaycan auditoriyasına hesablanmış ümumi sözlər idi. Onların obyektivliklərindən irəli gələn məsələ deyildi, buna tam əminəm», - Zamiq Məmmədli deyir.


Avropaya gedənlərin hamısı siyasi mühacirdimi?


Azərbaycanlı siyasi mühacir bildirir ki, Avropaya gələn mühacirlərin bir hissəsinin həqiqətən də ciddi səbəbləri var. Azərbaycandakı sosial, iqtisadi, siyasi problemlər heç də regiondakı qonşu ölkələrdən az deyil.

Sitat: «Lakin, Avropaya gələn azərbaycanlı mühacirlərin böyük əksəriyyətində siyasi mühacirət üçün yetərli, kifayət qədər sübutlar və materiallar olmur. Əksəriyyəti əmək miqrantlarıdır. Əmək miqrantlarının isə Avropada siyasi sığınma haqları yoxdur. Avropada bu iqtisadi siyasi mühacirlərə çevirən müəyyən şəxslər var. Bunlar pul qarşılığında bu işi görürlər. Müxtəlif aksiyalar, mitinqlər təşkil edirlər, burada siyasi məhbus kimi tanınan şəxslərin adlarından sui-istifadə olunur, guya bu şəxslər müxalifətçi olduqları üçün qohumları bunlardan imtina etmək məcburiyyətindədir, mediada bu haqda sifarişli məqalələr yazdırılır, «Meydan TV» də əlbəttə, istisna deyil».

Z.Məmmədlinin dediyinə görə, məsələn,  Almaniyadan siyasi sığınma istəyənlər, amma buna yetərincə əsasları olmayanlar, rədd cavabı alanlar, Azərbaycana geri deportasiya olunmaq təhlükəsi ülə üzləşənlərə təklif olunan metod budur: «Azərbaycanın Avropadakı səfirlikləri qarşısında mitinq keçidik, etiraz etdik, şəkillərimizi çəkdilər, sosial şəbələkərdə yayıldı, Azərbaycandakı hüquq-mühafizə orqanları Azərbaycandakı evimizə gəlib bizi axtarırlar, geri qayıtsaq həbs olunacağıq və s.»


«Azərbaycanlıların Avropaya mühacirətinin əsas səbəbi…»


«Mən azərbaycanlıların mühacirlər, qaçqınlar üçün sosial paketləri səxavətli olan Qərbi Avropa ölkələrinə üz tutmalarının əsas səbəbini iqtisadi məsələlərdə görürəm. Çexiyada vəziyyət başqadır, burda daha çox işləməyə, biznes qurmağa, oxumağa gələn azərbaycanlılardır, miqrantlar arasında intriqalar, çəkişmələr yoxdur», - o deyir.

Z.Məmmədlinin fikrincə azərbaycanlılar harada olmalarından asılı olmayaraq yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmalıdır, amma unutmamalıdır ki, vətənləri Azərbaycandır : «İldə ən az 1 dəfə Azərbaycana gedirəm, bu mənim üçün mənəvi güc verir. Vətənimizə laqeyid qala bilmərik. Şəxsən mənim üçün Azərbaycanda iki məsələ əsasdır, prinsipialdır. Birincisi ərazi bütövlü, ölkənin tamlığı, dövlət suverenliyinin Qarabağ başda olmaqla, bütün ərazilərdə bərpasıdır. İkinci, Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunub saxlanması və dünyəvi prinsiplərin möhkəmləndirilməsidir. Yerdə qalan məsələlər: müstəqil məhkəmə sistemi, liberallaşdırılmış iqtisadiyyat, əhalinin sosial vəziyyəti, digər siyasi azadlıqlar - zamanla, vaxt keçdikcə təkmilləşəcək və öz yerini tutacaq, mən buna inanıram».

Z.Məmmədli deyir ki, o, Emin Millinin və digərlərinin hansı motivlərlə ermənilərə bağlı dairələlə əlbir olduğunu bilmir, ancaq təxmin edir ki, əsas motiv puldur. Çünki ideya insanları belə əməkdaşlığa getməzlər. Hər məsələyə sırf biznes, pul qazanmaq layihəsi kimi baxanlar üçün isə sifarişin kimdən gəlməsinin fərqi yoxdur…