vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
23:06 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 1305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

III Dünya müharibəsi gəlir...

Diplomatik müdaxilələr və siyasi rıçaqlarla problemlərin qarşısı alınmasa, ...

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

II dünya müharibəsindən bu yana böyük güclər arasında ciddi döyüşlərin olmamasına baxmayaraq, dünyanın mövcud hərbi-siyasi mənzərəsi üçüncü qlobal konfliktin əsasının qoyulması üçün zəmin yaradır.

Növbəti qlobal münaqişə - III Dünya müharibəsinin başlanması üçünsə 3 əsas istiqamət var.

Modern.az saytının məlumatına görə, bu haqda Böyük Britaniyanın nüfuzlu «The İndependent» nəşrinin «III Dünya müharibəsi gəlir...» başlıqlı məqaləsində yazılıb.

Bildirilib ki, II Dünya müharibəsindən sonrakı post müharibə Avropası sülhə, sosial ədalətə və harmoniyaya can atıb.

Lakin bu proyektləri millətçilik müşayiət edib və bu zərərli vərdiş Avropanın sülh platformasını aradan qaldırır. Buna görə də, artan millətçilik fonunda Avropada qanlı münaqişələrin olacağı riski artır. 

Perspektivdə böyük güclər arasında konflikt soyuq müharibə formasını ala bilər, bundan sonra qaynar münaqişəyə keçid etməsi isə mümkündür.

21-ci əsrdə 3 cəbhədəki tablo gələcək müharibədən xəbər verir. Biri qeyd edildiyi kimi Avropadır. Mümkündür ki, Avropa-Rusiya cəbhəsi Ukrayna münaqişəsinə görə, açıq konfrontasiyaya getsinlər.

İkincisi isə, Suriya böhranı və İŞİD təhlükəsinin ortaya qoyduğu qanlı toqquşmalardır.

Üçüncü əsas təhlükə isə Asiya-Sakit okeanı regionundan gəlməkdədir. Əsasən də ABŞ-la Çinin üzə-üzə gəlməsi fonunda bu təhlükə miqyasına görə, dəhşətli nəticələrə gətirib çıxara bilər.

Avropa Liderləri Şəbəkəsinin analizinə görə, Rusiya Avropada təlimlərə 80 min, NATO isə 15 min şəxsi heyət toplayır.

Hər iki təlimlə biri digərinin potensialını, imkanlarını araşdırır və müharibə taktikasını testdən keçirir və yeni müharibə planları hazırlayırlar.

Rusiya NATO ilə münaqişəyə girməyə hazırlaşır və NATO da rəsmi Moskva ilə mümkün konfrontasiyanı nəzərdən keçirir.

Avropada, xüsusilə Polşada Amerika qoşunlarının yerləşdirilməsi isə Qərblə Rusiya arasındakı münasibətləri gərginləşdirir.

Belə bir məqamda isə Rusiya Baltikyanı ölkələri hədələyir və Kalininqrada «İsgəndər-M» raketlərini yerləşdirib.

Yaxın Şərqdə isə münaqişələrin alovlanması – İraq, Suriya, Yəmən, Pakistan, Əfqanıstanda vəziyyətin dramatikləşməsi, üstəgəl İŞİD kimi güclü bazası olan terror təşkilatının şaxələnməsi dünyanı uçuruma aparır.

Paradoks isə bundan ibarətdir ki, terrorla mübarizədə bir çox dövlət müttəfiq kimi görünsə də, onların öz aralarında da dərin fikir ayrılıqları mövcuddur. Rusiya təbii ki, Suriyanın mövcud hakimiyyətini dəstəkləyir.

Lakin Suriya müxalifətini dəstəkləyən və ekstremistlərə qarşı mübarizə apardığını söyləyən dövlətlər vacib, həlledici məsələlərdə ortaq məxrəcə gələ bilmirlər. Məsələn, ABŞ-Türkiyə əməkdaşlığı istənilən nəticəni vermir. Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı özü də müttəfiq imitasiyası yaradırlar, amma, vəziyyət heç də göründüyü kimi deyil.

Asiya-Sakit okeanı regionundakı Çinin ABŞ-la münasibətləri, üstəgəl Rusiya ilə rəqabəti, Şimali Koreya ilə Cənubi Koreya arasındakı gərginlik nəticələri daha təhlükəli edə bilər. Hələ nəzərə alaq ki, Şimali Koreya ABŞ-la, Yaponiya ilə az qala müharibə vəziyyətindədir. Bu azmış kimi, Yaponiyanın Rusiya ilə ərazi mübahisələri mövcuddur.

Əgər mümkün diplomatik müdaxilələr və siyasi rıçaqlarla problemlərin dərinləşməsinin qarşısı alınmasa, bu zaman həqiqətən də dünya yeni qlobal müharibəyə qədəm qoyacaq.