vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
23:30 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 1410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O öz kütləsinin çox hissəsini itirib»

Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

NuSTAR telekopu Tukan bürcündə qeyri-adi ağ cırtdan aşkar edib və məlum olub ki, o qara dəliyin ətrafında çox sıx orbit üzrə fırlanır. «Biz güman edirik ki, bu ulduz artıq qara dəliyin ətrafında on milyonlarla ildir ki, fırlanır. Və o öz kütləsinin çox hissəsini itirib. Zamanla o daha çox kütlə itirəcək və dəlikdən tədricən uzaqlaşmağa başlayacaq. O, almaz planetinə oxşar ekzotik soyuq obyektə çevriləcək».

Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, bunu Kertina Universitetinin professoru Cons Miller deyib.

Qeyd edək ki, qara dəliklər kainatda ən sirli sahələrdən biri hesab olunur. Bura xüsusi sahəyə malikdir. Qara dəliyin qravitasiyası, yəni cəzbetmə qüvvəsi qədər güclüdür ki, obyektləri asanlıqla uda bilir. O, hətta işığı da uda bilir, halbuki, dünyada işıqdan sürətli bir şey yoxdur.

Astronomların bir qismi hesab edir ki, ağ cırtdan əslində «normal» ulduz rolunu oynayır və o daha yığcam və sıx obyektdir.

Bildirilir ki, ağ cırtdan qara dəliyin «ortağı» hesab oluna bilər. Demək olar ki, onlar arasındakı məsafə Ayla Yer arasındakı məsafə qədərdir.

Buna görədir ki, ağ cırtdan qara dəliyin ətrafında 28 dəqiqə ərzində tam dövr edir. Onun materiyası isə parlaq disk yaradaraq qara dəliyə doğru axır.

Ağ cırtdanla qara dəliyin bir-birinə necə yaxınlaşmasını isə alimlər hələ bilmirlər.

Ağ cırtdanlar ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlardır. Ağ cırtdanların kütləsi Günəşin kütləsi tərtibindədir, radiusları isə Günəşin radiusundan təxminən 100 dəfə kiçikdir.