
“Hətta kollec tələbəsi də bunu edərdi”
“Apollon 13”ü xilas edən qəhrəman vəfat edib
“Apollon 13”ü xilas edən qəhrəman vəfat edib
Mikroorqanizmlər kosmik mühitin canlılara necə təsir etdiyini başa düşməyə kömək edə bilər
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
20 il əvvəl kosmik partlayış elementlərin əmələ gəlməsində mühüm rol oynayır
Stiven Hokinq ölümündən qısa müddət əvvəl dünya üçün dəhşətli proqnoz verib
Qiymətli metalın necə əmələ gəldiyinə dair yeni iz tapıldı
23 ildir araşdırılan göy cisminə dair yeni əlamətlər aşkar edilib
Köhnə peyklər ozon təbəqəsini məhv edir
Kosmos-zaman anlayışı kvant məlumatının məhsulu ola bilər
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?
Yer atmosferinə daxil olan hissəciklər “axan ulduzlar” əmələ gətirəcək
Elm adamları onun 1 milyard il ərzində bu yolu necə keçdiyini anlamağa çalışırlar
Yerdənkənar həyat üçün hələ də ən güclü sübut
“İlk dəfə əldə edəndə nəticənin səhv ola biləcəyindən şübhələnirdik”
“Spectrum” raketi buraxıldıqdan 30 saniyə sonra partlayıb
Astronomlar ilk dəfə kainatın ilkin iki qalaktikasının toqquşması və radiasiya ilə bir-birinə hücum etdiyi “kosmik duel”i ilk dəfə birbaşa müşahidə ediblər.
Avropa Cənub Rəsədxanasının Çilidəki Çox Böyük Teleskopundan (VLT) və ALMA teleskop şəbəkəsindən istifadə edən müşahidələr zamanı tədqiqatçılar bir-birinə saatda 1,8 milyon kilometr sürətlə yaxınlaşan iki qalaktikanı müşahidə ediblər. Müşahidələr təxminən 4 il davam edib.
Bir qalaktika, mərkəzindəki kvazar vasitəsilə digərinə intensiv ultrabənövşəyi şüalar göndərir. Bu şüalar əks qalaktikanın ulduz əmələ gətirən qaz buludlarını dağıdaraq yeni ulduzların yaranmasının qarşısını alır.
Tədqiqatçı Paskye Noterdam hadisəni “kosmik duelə” bənzədib. Sözügedən iki qalaktika 11 milyard işıq ili uzaqlıqdadır.
Tədqiqat göstərir ki, bu toqquşan qalaktikalar daha böyük qalaktikaya birləşmək prosesindədir.
***
Tədqiqat kainatda ulduzların əmələ gəlməsinin pik həddə olduğu “kosmik günorta” kimi tanınan dövrə dair mühüm fikirlər təmin edib.
“Hücum edən” qalaktikada yerləşən kvazar superkütləli qara dəlikdən güc alır. Qara dəliyə çəkilən qaz və toz milyonlarla dərəcəyə qədər qızdırır və güclü radiasiya əmələ gətirir. Bu partlayışlar hədəf qalaktikanın hidrogen molekullarını parçalayır və ulduz əmələ gəlməsini dayandırır.
Tədqiqat qrupunun üzvü Sergey Balaşev qeyd edib ki, bu təsir nəzəri cəhətdən məlum idi, lakin ilk dəfədir ki, birbaşa müşahidə olunur.
Tədqiqatçılar bu kvazarı ilk dəfə qeyri-adi xüsusiyyətlərinə görə minlərlə aşağı ayırdetmə spektrləri arasında gördülər. Lakin onun işığı çox güclü olduğundan, kvazarın ev sahibi qalaktikasından kənarda təfərrüatları aşkar etmək çətin idi. ALMA-nın yüksək ayırdetmə qabiliyyəti yaxınlıqdakı ikinci qalaktikanın görünməsinə səbəb oldu.
***
Alimlər müəyyən ediblər ki, qalaktikalar əslində minlərlə işıq ili uzaqdadır. Bu, ilk baxışdan bir-birinin üstündə görünsələr də, hələ də toqquşmanın ilkin mərhələsində olduqlarını göstərdi.
Harvard-Smithsonian Astrofizika Mərkəzindən Donq-Vu Kim qeyd etdi ki, erkən kainatda qalaktikaların birləşmələri daha tez-tez baş verir.