
Bəlkə də qara dəlikdə yaşayırıq
İdeya sübut olunsa, “Böyük partlayış” fərziyyəsi puç olacaq
İdeya sübut olunsa, “Böyük partlayış” fərziyyəsi puç olacaq
Alimlər kosmik obyektin ətrafında davamlı olaraq partlayışların baş verdiyini deyirlər
NASA bir-birinə çox yaxın olan nəhəng qara dəliklər aşkar edib
Qara dəliklər və qaranlıq maddə kainatdan daha qədimdirmi?
Yerdən çəkilmiş daha aydın və rəngarəng qara dəlik fotoları gözlənilir
Qara dəliklərin böyük dilemmasının cavabı qaranlıq maddədə ola bilər
Çox nadir rast gəlinən kəşf uzun müddətdir cavab gözləyən sualı cavablandıra bilər
Keçmiş silinir və gələcəyin sonsuz variantları yaranır
Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?
Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?
ABŞ-dakı Kaliforniya Texnologiya İnstitutunun Palomar Rəsədxanası (“Zwicky Transient Facility”) fevral ayında Yerdən 8,5 milyard işıq ili uzaqlıqda nadir kosmik hadisə aşkar etdiyini açıqlamışdı.
“Nature Astronomy”də yeni dərc edilən tapıntılara görə, MIT və Birmingem Universitetinin tədqiqatçılarının da daxil olduğu komanda, kainatın yarısından görünən “AT 2022cmc” partlayışın birdən-birə görünməyə başlayan qaranlıq bir planet olduğunu müəyyən edib. Məlum olub ki, qara dəlik yaxınlıqdakı bir ulduzu udarkən böyük miqdarda enerji ayrılıb. Astronomlar, indiyə qədər ötüb keçən ulduzun qara dəlik tərəfindən parçalanması kimi “pozulma hadisəsi”ni (PH) çox müşahidə etdiklərini deyib. Lakin “AT 2022cmc” bu günə qədər kəşf edilmiş PH-ın ən parlağı olub. Təxminən 8,5 milyard işıq ili məsafədə olan kosmik hadisənin indiyə qədər aşkar edilmiş ən uzaq PH olduğu da bildirilir. Alimlər bildiriblər ki, bu hadisə superkütləvi qara dəliklərin qidalanması və böyüməsi ilə bağlı araşdırmalara yardım edə bilər.