Son cəsəd də tapıldı
Bu 18 aylıq uşağa aiddir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Elektron qandalla “azadlıq”
Daha bir siyasi fəal 100 milyon tümən girov qarşılığında həbsdən buraxılıb
-
Güneyli fəala şərti azadlıq
Milad Cəlil 100 milyon tümən girov qoyub
-
Evin zindanında aclıq aksiyası
Siyasi məhbus Əbdüləziz Əziminin səhhəti ilə bağlı narahatlıqlar artır
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
Dövrünün nadir incəsənət adamı
Bənzərsiz qələmi olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz tərrah
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
Aprelin 14-də Güney Azərbaycanda baş verən sel fəlakəti zamanı itkin düşmüş daha bir uşağın cəsədi tapılıb. Bu barədə Şərqi Azərbaycan Böhran Müdiriyyəti Mərkəzinin rəisi Xəlil Sai «Mehr» xəbər agentliyinin müxbirinə danışıb.
«Əcəbşerdə daşqınlar zamanı itkin düşən 18 aylıq uşağın cəsədi tapılıb.Cəsəd hadisədən 12 gün sonra sel basmış Çinar kəndinin 10 kilometrliyində Dizə kəndində aşkar edilib», - deyə o bildirib.
Xəlil Sainin sözlərinə görə, artıq Əcəbşerdə cəsədi tapılmayan heç bir itkin qalmayıb, tapılan son cəsəd 18 aylıq uşağa aid olub.
Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və təxminən 50 nəfərin ölümünə səbəb olan təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Dövlət Azərşəhrin Qələzar kəndində suyun yatağını yol kimi istifadəyə verdiyi üçün avtomobillər körpünün altından keçərkən sərnişinləri ilə birlikdə sel suları altında qalıb və çox sayda insan həlak olmuşdur. Dövlət rəsmiləri və bir çox mətbuat orqanı Qələzar körpüsündə baş verənləri təhrif edərək hadisə ilə bağlı yalan açıqlamalar verib, sel fəlakəti haqda həqiqəti əks etdirməyən məlumatlar yaymışdır.