vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
QƏZA, FACİƏ  
14:37 | 4 yanvar 2014 | Şənbə Məqaləyə 2295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ambulans «jiquli»yə çırpıldı

Tibb bacıları yaralandı

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Gəncə şəhərində «VAZ-2107» markalı avtomobilə təcili tibbi yardım maşın toqquşub. Bölgə müxbirinin verdiyi məlumata görə, nəticədə 4 nəfər yaralanıb.

Hadisə şəhərin Şeyxbahəddin küçəsiylə Vaqif küçəsinin kəsişməsində Mərkəzi bazarın qarşısında qeydə alınıb. Əli Aşurov idarə etdiyi «VAZ-2107» markalı maşınla hərəkətdə olarkən, həmyerlisi Əkbər Məmmədovun idarə etdiyi təcili tibbi yardım maşını ilə toqquşub. Zərbənin gücündən təcili yardım maşını yol kənarındakı mağazaya girib. 
Nəticədə «VAZ-2107» sərnişini 27 yaşlı Turan İsmayılov, təcili yardım maşının sürücüsü və tibb bacıları Şərqiyə Həsənova və Bəsti Əhmədova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirib. 
Həkim Rafil Əsədov bölgə müxbirinə bildirib ki, yaralıların vəziyyəti orta ağırdır. Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. «VAZ-2107»-ın sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. İlkin ehtimallara görə qəzaya səbəb «VAZ-2107» markalı avtomobili təcili tibbi yardım maşının yoluna çıxıb.