Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
00:46 | 2 iyun 2017 | Cümə
Məqaləyə 1602 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Qlobal Sülh İndeksinin yeni hesabatına əsasən, dünya ölkələrində zorakılıqlar dünya iqtisadiyyatına 14 trilyon dollar zərər vurub.
İnsan cəsədləri, şiddət dolu hücumlar, iğtişaşlar, siyasi təsisatlara qarşı qəzəb beynəlxalq iqtisadiyyata böyük həcmdə zərər vurmaqla yanaşı, ABŞ və dünya ölkələrinə trilyon dollarlar dəyərində pul itkisinə də səbəb olub.
Qlobal Sülh İndeksinin məlumatına görə 10 ildir davam edən münaqişələr, artmaqda olan kin və nifrət halları 2016-ci ildə dünya sülh quruculuğu prosesinə böyük maneələr yaradıb. İqtisadiyyat və Sülh İnstitutu tərəfindən konflikt və təhlükəsizliyin illik dəyərləndirilməsi aparılıb.
Mişel Breslauer «Amerikanın Səsi»nə müsahibə verib.
«Hazırda dünyada sülhquruculuğu üzrə inkişafa doğru addımlar atılsa da, ABŞ-da geriləmə müşahidə olunur. Orta Şərq və Şimali Afrikada vəziyyət daha da pisləşməkdədir. Ölkələr arasında sülpərvərliyin dərəcəsi baxımından bərabərsizlik var. Bu da o deməkdir ki, dünya ölkələri arasında böyük bir fərq, boşluq yaradır».
Breslauer onu da əlavə edib ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra gərginliyin və polislə əlaqəli ölümlərin artması, terrorist hadisələrinin çoxalması ABŞ-da sülhsevərlik səviyyəsinin azalması ilə nəticələnib.
«ABŞ 11 pillə geriləyərək 163 ölkə arasında 114-cü yerə gəlməsi ölkədə daxili münaqişələrin nə qədər təhlükə hal haldığının sübutudur. Hazırda Amerikan cəmiyyətində kəskin siyasi qütbləşmə hökm sürür, çox sayda etirazlar baş verir. Polis zorakılığına etiraz olaraq «Black lives matters» hərəkatı yaranıb. Bir sözlə sülhün dərəcəsinin aşağı düşməsinə siyasi qütbləşmə səbəb olub».
Hesabatda göstərilir ki, 23 ölkədə terrorizm səviyyəsi tarixi boyunca ən yüksək həddinə çatıb. Həmçinin, Fransa, Brüssel və Londonda baş verən terror hadisələrindən sonra Avropanın sülh səviyyəsində qismən azalma olsa da, qitə hələ də ən dinc ərazilərdən hesab edilir.
Suriya isə ard-arda 5-ci ildir ki, sülhün ən az olduğu ölkə olmağa davam edir.