
Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Qəfil peyda olub, öz-özünə yox olan bəlası
Qonşularının müstəqilliyinə məhəl qoymayan Rusiya ondan icazəsiz atılan hər addım “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir
Ərazidəki insanlar sərxoş olub yatırlar
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Tokayev hərbi doktrinanı da dəyişdirib
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
İki yol arasında fərq 500 km-ə yaxındır
Qazaxıstanın paytaxtı Astanada iyunun 10-da görünməmiş atəşfəşanlıq və şou ilə EXPO-2017 sərgisi açılıb. Bu sərginin 4 illik tikintisi korrupsiya və pensiya fondu qalmaqaları, tikinti konstruksiyasının uçulub-dağılmağı, zorla bilet aldırmaqla yadda qalıb. «Azadlıq» radiosunun qazax xidmətinin yazdığına görə sosial mediada Qazaxıstan vətəndaşları yazırlar ki, pensiya fonduna yığılan pullar sərginin tikintisinə xərclənib.
«İşıq şousu möhtəşəmdir, atəşfəşanlıq gözəldir. Bizim hər birimiz qürurla deyə bilərik ki, bu, mənim hesabıma olunub», – bunu sosial şəbəkədə istehza ilə Rinat Balgabaev yazır.
Açılışda Qırğızstan prezidenti Atambek Atambayev ağzından qaçırıb ki, sərgiyə 3 milyard dollar xərclənib. Halbuki Qazaxıstan rəsmiləri xərclərin 1,5 milyard dollar olduğunu deyir. Qazaxıstan mediasının yazdığına görə, Atambayev açılışda hətta deyib ki, o, belə layihəyə bu qədər xərcləsə idi, Qırğızstanda ona od vurmuşdular.
115 ölkənin qatıldığı sərginin əsas mövzusu isə alternativ enerji mənbələridir. Ən innovasiyalı pavilyonlardan biri Özbəkistanındır. Burda günəş enerjisi ilə işləyən avtomobil nümayiş olunur. Bu maşın 2025-ci ildə satışa çıxarılmalıdır.
Neft ölkəsi Azərbaycan da gələcəyin enerjisini düşünür. Rəşad Məmmədov, Azərbaycanın Qazaxıstandakı səfiri:«Vaxt gələcək, bizim hamımız enerji resurslarını bərpa olunan mənbələrə dəyişəcəyik. Azərbaycan qürurla bildirir ki, ölkədə enerjinin 13 faizi bərpa olunan mənbələr hesabına istehsal olunur».
Tacikistanda isə enerjinin 95 faizini dağ çayları verir. Buna görə alternativ enerji mənbəyi kimi taciklər külək və günəşdən istifadəni görürlər.Sərgi təşkilatçılarına isə suallar bitib-qurtarmır. Sərgiyə gələnlər soruşurlar ki, niyə sərgidəki yeməkxanalarda su şəhər dükanlarından 4 dəfə baha satılır? Hotellərdə xidmət haqları, mənzil kirayəsi də qalxıb. Ancaq sərgiyə gələn xarici turist azdır.