Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:02 | 4 iyul 2017 | Çərşənbə axşamı
Məqaləyə 1806 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada Kremlə yaxın oliqarxların törəmələrindən ibarət yeni elita yetişir. Virtualaz.org xəbər verir ki, bu barədə Vaşinqtonda mənzillənən Atlantic Council-in baş elmi əməkdaşı Anders Auslundun «Project Syndicate»də dərc edilmiş məqaləsində deyilir.
Məqalədə deyilir ki, Putinin hakimiyyətə gəlişindən sonra Yeltsin dövrünün oliqarxları bir-biri sıradan çıxarıldıqları kimi onların törəmələri də tədricən Rusiyanı tərk etdilər. Onların yerini isə hazırda Kremlə yaxın oliqarxların törəmələri tutur. Belələrinin bir çoxu heç 40 yaşlarını haqlamadan milyarderə çevriliblər. Oliqarxların uşaqları ali məktəbləri bitirən kimi dərhal iri şirkətlərdə və dövlət korporasiyalarında yüksək vəzifələr tuturlar. Bir-iki pillə yüksələndən sonra vitse-prezident vəzifəsi və ya rəhbərliyə yaxın olan digər postlar əldə edirlər.
Məsələn, Rusiyanın ən iri oliqarxlarından biri, milyarder Arkadi Rotenberqin böyük oğlu İqor «Qazprom qazma» şirkətinin majoritar səhmdarıdır. İkinci oğlu Roman isə «Qazprombank»ın vitse-prezidentidir. «Bank Rossiya»nın rəhbəri, oliqarx Yuri Kovalçukun oğlu isə dövlət mülkiyyətində olan «İnter RAO» energetika holdinqinin rəhbəri olub.
Putinin KQB-dən olan dostlarının törəmələri də bu cür başgicəlləndirici karyeraya malikdir. Məsələn, prezident administrasiyasının eks-rəhbəri, general Sergey İvanovun oğlu 25 yaşında «Qazprombank»ın vitse-prezidenti olub, bu ilin martında isə cəmi 36 yaşında «Alrosa» dövlət almaz korporasiyasının prezidenti kreslosunda oturub.
«Rosneft» dövlət şirkətinin prezidenti, «boz kardinal» İqor Seçinin oğlu cəmi 25 yaşı olsa da atasının şirkətində departament direktorunun müavini təyin edilib. Ona baxanda FTX direktoru Aleksandr Bortnikovun 37 yaşında VTB-Bankın idarə heyətində yer alan oğlu Denis əməlli-başlı «yaşlı, müdrik» adamdır.
Auslund qeyd edir ki, Kremlə yaxın bütün oliqarxlar və iri məmurlar sistemli şəkildə öz törəmələrini sanballı vəzifələrə yerləşdirirlər. Beləliklə də atalarının istefaya gedəcəyi halda onları əvəzləyən yeni elita formalaşdırılır.
Analitik yazır ki, əslində bunda yeni və təəcüblü heç nə yoxdur. Bütün dövlərdə həmişə siyasi və iqtisadi elita öz törəmələrini ən pullu, ən mühüm vəzifələrə yerləşdirməyə çalışıblar. Məsələ ondadır ki, güclü dünyanın uşaqlarının yüksək mövqeləri tutması sanballı qohumları və valideyinləri olmayanlar üçün sosial lifti kəsməli deyil.