Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:31 | 2 aprel 2022 | Şənbə
Məqaləyə 1181 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın xarici işlər naziri Serget Lavrov Çindən sonra Hindistana səfər edib. 3 ay əvvəl Hindistana Rusiya prezidenti Vladimir Putin səfər etmişdi. Ukraynada işğalçı müharibənin fonunda Kreml üçün Hindistanla tərəfdaşlığın davamı vacibdir.
Hindistan Türkiyə kimi Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb. Əksinə Hindistan Rusiyadan sanksiya altında olan ucuz neft almağı planlaşdırır. Sanksiya altında olan Rusiya Hindistana başqa məhsullar da ixrac etmək istəyir. Rusiya beynəlxalq ödəmə sistemi olan SWIFT-dən çıxarıldığına görə iki ölkə arasında ticarətdə rubl və rupi ilə ödəmənin həyata keçirilməsi araşdırılır. Lavrov Dehlidə hindli həmkarı Subramanyam Cayşankarla müxtəlif mövzuları müzakirə edib. Lavrov baş nazir Narendra Modi ilə də görüşüb. Lavrov Dehlidəki görüşlərdə Hindistanın ünvanına müsbət fikirlər söyləyib: “Biz illərin dostuyuq. Bu dostluqda balansı qoruyuruq. Qərb Rusiya ilə münasibətlərdə bohran yaradıb. Hindistanın mövcud duruma birtərəfli deyil, hərtərəfli baxışını yüksək qiymətləndiririk”.
Buna baxmayaraq, Dehli Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir. Rusiyanın beynəlxalq ödəmə sistemi olan “SWIFT”dən çıxarılması Hindistana Rusiya ilə ticarətdə problemlər yaradıb. Hindistan müharibədən əvvəl Rusiyaya ixrac etdiyi 400 milyon dollarlıq məhsula görə maliyyəni əldə edə bilməyib. Baş nazir Narendra Modi Rusiyaya qarşı sanksiyaların Hindistan iqtisadiyyatına təsirlərini öyrənmək məqsədilə hökumətin tərkibində işçi qrup formalaşdırıb.
Rusiya-Hindistan tərəfdaşlığı Vaşinqtonu ciddi narahat edir. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda ABŞ Hindistanı yanında görmək istəyir. Lavrovun Dehli səfərindən bir neçə gün öncə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass və Ağ Evin İqtisadi Şurasının sədr müavini Dalip Sinqh Hindistanda olublar. Dalip Sinqh Amerika vətəndaşı olsa da, milliyyətcə hindlidir. Bu səfərin məqsədi Dehlini Kremlin planlarından uzaq tutmaq idi.
Vaşinqton Hindistanın simasında dünyanın ən böyük demokratiyasını inandırmağa çalışır ki, Dehli Kremllə münasibətlərdə ehtiyatlı olsun, Rusiya hərbi - texniki əməkdaşlığa genişləndirməsin. Qərb dövlətləri, o cümlədən Yaponiya Hindistana yatırımların miqyasını artırmağa çalışırlar. Vaşinqton və London istəmirlər ki, Hindistan sanksiya altında olan Rusiyadan ucuz neft alsın.
Dehli çətin seçim qarşısındadır. Hindistan Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmir, ancaq beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə səs vermir. O biri tərəfdən Hindistan Vaşinqtonun istəyi ilə Rusiya iqtisadi münasibətlərin həcmini də azaltmaq istəmir. Buna baxmayaraq, Dehlinin Rusiyanın hərbi texnikasına marağı azalıb. Hindistan müdafiə qabiliyyətini artırmaq üçün müxtəlif ölkələrdən silah və hərbi texnika almağa başlayıb.