Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:16 | 30 sentyabr 2022 | Cümə
Məqaləyə 1792 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın ilk prezidenti Boris Yeltsin Vladimir Putini 1999-cu ildə baş nazir təyin etdikdə ikincinin ilk işi Çeçenistanı ram etməsi oldu. Putin şəhər və kəndlərin dağıdılması, kütləvi bombardmanlar hesabına İkinci Çeçen savaşını qazandı və bu onun 2000-ci ildə prezident seçilməsini təmin etdi.
ABŞ və bır qrup Avropa ölkəsi Çeçenistanda insan haqlarının kütləvi şəkildə pozulmasına etiraz etdi, ancaq Kremlin üzərinə çox getmədilər, çünki hər halda söhbət Rusiyanın ərazi bütövlüyündən gedirdi. 2001-ci ildə terrorçular qaçırdıqları mülki təyyarələr vasitəsilə Nyu-York və Vaşinqtonda partlayışlar törətdikdə Putin beynəlxalq terrorizmlə mübarizədə ABŞ-a dəstək verəcəyini bildirdi. ABŞ o zamankı prezidenti oğul Buş Putinlə görüşdən sonra mətbuata belə dedi: “Onun gözlərinə baxdım, Putinə inanmaq olar”. Putin Buşu hipnoz etmişdi.
Putin Konstitusiya pozulmasına deyə 2008-ci ildə prezident kürsüsünü 4 illik müddətə dostu Dmitri Medvedevə ötürdü. Buna baxmayaraq, həmin il Rusiyanın Gürcüstana qarşı işğalçı müharibəsinin arxasında baş nazir Putin dayanırdı. Qərb bu dəfə də Putinin şıltaqlığına dözdü, halbuki, Abxaziya və Cənubi Osetiya Gürcüstandan qopardıldı. Putin 6 il sonra Ukraynanın Krım bölgəsini ilhaq etdi və Donbasda separatçı bölgə yaratdı. Qərb anladı ki, bu dəfə “qırmızı cizgilər” aşılıb, Putini hansısa yolla dayandırmaq lazımdır. Ancaq Qərb düşünənə kimi Putin növbəti planını hazırlayırdı, 8 il keçdi və Kreml sahibi işğalçı müharibə yolu ilə Ukraynanın 4 bölgəsi Rusiyaya biləşdirdi. Putin dayanmaq bilmir. Putini durduracaq qüvvə Ukraynanın müharibədə qələbəsi və itirdiyi bölgələri geri qaytarması, o cümlədən Rusiyada artan narazılıq ola bilər, ancaq ikinciyə ümid azdır.