
“Amerika arzusu” mesajı
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Tramp müstəqilliyin 250 illiyi münasibətilə UFC matçı keçirəcək
Merkel Oval kabinet xatirələrini danışıb
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Qurğuşun bahalaşıb, alüminium gözləyir
ABŞ prezidenti FED sədrinin dirəncini qıra biləcəkmi?
ABŞ prezidenti ticarət müqaviləsi imzalandığını açıqladı
İki nəfər casusluq ittihamı ilə həbs edilib
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
“Trampa hücum zamanı 5 dəfə atəş açıldığı güman edilirdi”
Atəşkəsdən sonra Hörmüz iddiası
Tramp yenə Maskı tənqid etdi, “Tesla” səhmləri düşdü
“Üzr istəmirik, peşman deyilik”
“Bu təcridxanadan yeganə çıxış yolu deportasiyadır”
Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ABŞ-ın polad və alüminium idxalına yeni tariflərin əmtəə bazarlarında volatilliyi artıracağını bildirib.
Agentlikdən verilən açıqlamada ABŞ-ın tarif siyasətinin əmtəə bazarlarında yaradacağı volatilliyin artması ilə bağlı qiymətləndirmələr aparılıb.
Açıqlamada Vaşinqtonun martın 12-dən etibarən polad və alüminium idxalı ilə bağlı istisna və kvota sistemini ləğv etməyi, polad üçün tam 25 faiz gömrük rüsumunu yenidən tətbiq etməyi və alüminium idxalı üçün gömrük rüsumunu 10 faizdən 25 faizə yüksəltməyi planlaşdırdığı xatırladılıb.
Açıqlamada ABŞ-ın həmçinin Meksika və Kanadadan idxal edilən malların əksəriyyətinə 25 faiz, Kanada enerji qaynaqlarına 10 faiz, Çinə isə 10 faiz tarif tətbiq edəcəyini açıqladığı, ikitərəfli danışıqlar üçün Meksika və Kanadaya tariflərin bir ay müddətinə dayandırıldığı qeyd edilib.
Açıqlamada ABŞ-ın daxili istehlakı üçün böyük ölçüdə alüminium idxalından asılı olduğu və idxalın təxminən yüzdə 70-nin Kanadadan gəldiyi və bu səbəbdən alüminium bazarının ən çox təsirlənəcəyi gözlənildiyi vurğulanıb.
Bəyanatda tariflərin ABŞ-da alüminium qiymətlərini artıra biləcəyi və Kanadanın ABŞ-ın siyasətlərini kompensasiya etmək üçün Avropaya alüminium ixracını artıra biləcəyi, lakin qlobal tələb və təklifə əhəmiyyətli təsirin gözlənilmədiyi qeyd edilib.
Açıqlamada, keçmiş tariflərin ABŞ-ın alüminium istehsalını təsirli şəkildə artırmadığı və tariflərin uzun müddət davam etdirilməsinin avtomobil və içki konservləri istehsalçıları kimi alüminiumdan istifadə edən sənayelərin mənfəətlərinə təzyiq göstərə biləcəyi qeyd edilib.
Açıqlamada ABŞ-ın xalis polad idxalçısı olduğu və ölkənin daxili potensialı artırarkən tələbatı ödəmək üçün ən böyük tədarükçüləri olan Kanada, Meksika və Cənubi Koreyadan idxala arxalanmağa davam edəcəyi bildirilib.
Bəyanatda tarif sistemindəki dəyişikliklərin təsirinin qalan mümkün istisnalar və tariflərin müddətindən asılı olacağı və bu siyasətlərin ABŞ-da yerli polad qiymətlərini artıraraq yerli istehsalçılara fayda verməsinin gözlənildiyi qeyd edilib.
Açıqlamada ABŞ-ın Avropa Birliyinə polad ixracatında ikinci yeri tutduğu və daha əvvəl verilən tarif azadlığının aradan qaldırılmasının Avropalı polad istehsalçılarının gəlirliliyinə təsir göstərə biləcəyi qeyd edilib.
Açıqlamada, Çinin ABŞ-ın polad idxalında 1 faizdən az payı olduğu üçün polad məhsullarına tətbiq edilən əlavə gömrük vergilərindən minimum dərəcədə təsirlənəcəyi gözlənilir.
Bununla belə, elektronika və yeni enerji kimi alt sektorların digər bölgələrdən artan rəqabət səbəbiylə tələb şokları ilə üzləşə biləcəyi və bunun Çinin polad istehlakına təzyiq göstərə biləcəyi ifadə edilib. Bu vəziyyətin Çinin polad ixracatını Hindistan və Avropa kimi digər ölkə və bölgələrə yönəldə biləcəyi, potensial olaraq yerli polad istehsalçılarının marjını sıxışdıra biləcəyi vurğulanıb.
Açıqlamada deyilir ki, ABŞ-ın əsas makroiqtisadi fərziyyələrdən daha aqressiv ticarət siyasəti qlobal iqtisadiyyata və Çinin böyüməsinə təzyiq göstərərək, neft, adi metallar və kimyəvi maddələr də daxil olmaqla daha geniş əmtəə qrupuna uzunmüddətli tələbata təsir göstərə bilər.