
“Taurus” böhranı
Rusiya Almaniyanı vurmaqla hədələyir, Merz isə Kiyevə dəstəyi artırır
Rusiya Almaniyanı vurmaqla hədələyir, Merz isə Kiyevə dəstəyi artırır
Keçmiş MKİ rəhbərinin Rusiya ilə bağlı ilginc iddiaları
ABŞ Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı xəbərdarlıq edib
Rusiya PUA tədqiqatlarını təhsil sisteminə məcburi fənn kimi əlavə edir
Kremlin fövqəlgüc hesab etdiyi raketlər 6 nüvə başlığı daşıya bilir
Almaniya Ukraynaya dəstəyini davam etdirir
Ukrayna 2 il vaxt verir
Məbləğin 65 faizi AB üzvü ölkələrdən alınan silahlara xərclənməlidir
Rusiya ukraynalı nazirin Bakıya gəlişini niyə həzm edə bilmir?
Zelenski hökuməti Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın da iştirakını istəyir
ABŞ-nin bu sanksiyası Rusiyanı çökdürə bilər
Tramp Putini indi başa düşüb, Senat hərəkətə keçdi
NATO-dan Rusiya xəbərdarlığı: “İndi bütün NATO Rusiya ilə sərhəddir”
Yeni qida normaları təsdiq ediləcək
İngilis ordusundan yeni müharibə strategiyası
Yanukoviçin köməkçisi, Avromaydan repressiyalarını əsas fiquru zənginlər qəsəbəsində güllələnib
Milli Məclisin sonuncu plenar iclasında maraqlı bir məqam müşahidə edilib. Belə ki, cari məsələlərin müzakirəsi zamanı söz alan istiqlalçı deputat Vahid Əhmədov Ukrayna hadisələri və Azərbaycana yönələn təhlükələr barədə bəyanat səsləndirərkən onun çıxışı eşidilməz olub. Daha dəqiqi, Milli Məclisin jurnalistlər üçün ayrılmış kompüter otağında səs kəsilib və yalnız çıxış başa çatandan sonra bərpa olunub. Bunun səbəbini öyrənmək üçün parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirova müraciət etdik. Lakin xidmət rəhbəri bildirdi ki, başı oğlunun xeyir işinə qarışdığından bu barədə tam məlumatsızdır.
Odur ki, Vahid Əhmədovla əlaqə saxlayıb bəyanatın məzmununu soruşduq. Deputat bildirdi ki, çıxışı aşağıdakı məzmunda olub: «Dünyanın hələ də bir nömrəli gündəmini məşğul edən Ukrayna krizisinə və bunun fonunda baş verən bir neçə məqama toxunmaq istəyirəm. İlk olaraq Azərbaycanın bu krizisdə rolu və davranışı ilə bağlı demək istəyirəm ki, dövlətin və onun başçısı prezident İlham Əliyevin ortaya qoyduğu mövqe doğrudur və təqdir olunmalıdır. Ona görə yox ki, Azərbaycan BMT-də Ukraynanın təqdim etdiyi bəyannamə layihəsinə səs verdi.
Ona görə ki, Azərbaycan bu cəsarətli addımıyla beynəlxalq hüququn, dövlətlərarası münasibətlərdə bağlanmış sazişlərin qeyri şərtsiz yerinə yetirilməsinin, qlobal təhlükəsizlik sistemlərinin yanında olduğunu nümayiş etdirdi. Eyni zamanda, bu cür davranışla Azərbaycan dünya təhlükəsizlik nizamına uyğun bütöv bir baxış ortaya qoydu ki, bu da ərazisinin 20 faizi işğal olunmuş bir ölkə üçün ədaləti, sülhü özündə daşıyan prinsipial yanaşma, mövqe kimi dəyərləndirilməlidir. Baxmayaraq ki, bəzi siyasətçilər, ekspertlər daha radikal mövqenin ortaya qoyulmasını tələb edirdilər. Ancaq Krımın ilhaqı, rus qoşunlarının Ukraynanın cənub-şərq sərhədlərində, Moldovanın Dnestryanı bölgəsində yığılması, hər an qlobal təhlükəsizliyin pozulması kimi təhlükənin real olduğu bir vəziyyətdə Azərbaycan dövlət başçısının seçdiyi mövqe düzgündür, uzaqgörəndir və Türkiyə ordusunun baş qərargah rəisinin və baş nazir Ərdoğanın Azərbaycana səfəri də bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməli, təqdir olunmalıdır».
V.Əhmədov daha sonra bəyan edib: «Ancaq bu prosesdə təəssüf doğuran məqamlar da az deyil. Belə ki, Ukrayna ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr tələskənliyə yol verdilər, bununla da həqiqi iç üzlərini ortaya qoydular. Təəssüf ki, bu cür antiazərbaycan mövqe ortaya qoyanlar arasında Azərbaycana bağlı həm ölkə xaricində, həm də daxildə fəaliyyət göstərən insanlar da tapıldı. Bunlar o insanlardır ki, zamanında Azərbaycanın müstəqilliyinin əleyhinə olmalarına baxmayaraq, 23 illik müstəqillik dövründə ən çox bəhrələnən də onlar oldular.
Belə insanlar Azərbaycan cəmiyyətinin müxtəlif sferalarında, hətta idarəetmə orqanlarında da var. Bu çərçivəyə son zamanlar bəzi dini cərəyanların Azərbaycanda fəaliyyətini də aid etmək istəyirəm. Xüsusilə, din pərdəsi altında fəaliyyət göstərən bəzi şəbəkələrin hakimiyyət strukturlarına sızması haqda informasiyaları Azərbaycan dövlətçiliyi üçün çox təhlükəli sayıram. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması gələcəkdə dövlət içində dövlətin yaranmasına gətirə bilər. Bu da gələcəkdə Azərbaycanın müstəqilliyinə və heç bir xarici iradədən asılı olmayan siyasət yürütməsinə məhdudiyyətlər yarada bilər. Bunun qarşısının alınmasını doğru hesab edirəm və inanıram ki, bu, belə də olacaq. Hamı bilməlidir ki, Azərbaycanda bütün fəaliyyətlər millətin və dövlətin əbədiyyəti, rifahı, təhlükəsizliyi üçündür. Azərbaycanın müstəqilliyi bizim üçün ən böyük dəyərdir və dövlətin toxunulmazlığı, qırmızı xəttidir».