Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
07:27 | 16 may 2025 | Cümə
Məqaləyə 210 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bu gün İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarından ciddi nəticə hasil olacağı gözlənilmir. Nə Ukrayna, nə də Rusiya rəhbərliyi müharibəni dayandırmaqda maraqlı görünmür. İstanbul danışıqları meydandakı reallıqlardan daha çox Trampın ötən 4 ayda izlədiyi diplomatiyanın məhsuludur, bəllidir ki, hər iki tərəf Trampı “yola vermək” üçün masaya əyləşir.
Trampın Rusiyaya qarşı izlədiyi yumşaq diplomatiya Putini 3 il sonra ilk dəfə birbaşa danışıqlara razı salsa da, Rusiyanın Ukrayna strategiyasında ciddi dəyişiklik etməsi üçün kifayət deyil. Aydındır ki, Putin realist bir siyasətçidir və addımlarını güc faktoruna görə müəyyən edir. Tramp isə hələ ki, Rusiyaya qarşı diş göstərməyib. Trampın ən ciddi təhdidi neft qiymətlərinin ucuzlaşmasıdır ki, hazırkı qiymətlər də Putini dayanmağa məcbur edəcək səviyyədə deyil.
Digər tərəfdən, ötən 4 ayda Tramp və komandası çox da etibarlı bir reputasiya qazanmayıb. Trampın eniş-çıxışları, ani manevrləri, tələskənliyi onunla masaya oturaraq, uzunmüddətli və köklü razılaşmalar əldə etməyin effektivliyi barədə şübhələr yaradır. Məncə, bir çox liderlər Trampa və öndəri olduğu MAGA hərəkatına müvəqqəti xarakterli bir dövr kimi baxırlar. Fikrimcə, Tramp ilə Netanyahu arasındakı son anlaşmazlıq da bundan qaynaqlanır. Rusiya kimi, İsrail rəhbərliyi də uzunmüddətli strategiyanı Trampın dəyişkən istəklərinə görə tənzimləmək istəmir.
Yəqin ki, Putin Ukrayna strategiyasını hərbi imkanlar, maliyyə resursları, daxili vəziyyət, ABŞ-ın mövqeyi və Çin ilə münasibətlərin nəzərə alındığı mürəkkəb kombinasiya əsasında müəyyənləşdirir. Amma daha vacib olan bir məqam da var. İddialara görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynaya hücum edilməsinin səbəbini soruşan bir rus oliqarxına bu cavabı verib: “Putinin Kremldə üç məsləhətçisi var: İvan Qroznı, Böyük Pyotr və Böyük Yekaterina”. Şübhə etmirəm ki, Putin Ukraynadakı hərbi kampaniyasını rus tarixində xüsusilə xatırlanacaq bir nəticə ilə yekunlaşdırmaq istəyir. Amma hələ ki, Ukraynada “Böyük Putin”i tarixə həkk edəcək bir mənzərə yaranmayıb…