Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
18:46 | 8 iyun 2025 | Bazar
Məqaləyə 113 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
Alman dilində uzun sözlər təkcə zarafat deyil, həm də ciddi qanunlarda görünür. Əslində bəzi sözlər o qədər uzundur ki, onları demək bir yana, yazmaq belə problem yaradır. Amma Almaniyanın əfsanəvi bürokratiyası bu işə qarışıbsa, təəccüblənməməliyik.
Gündəlik söhbətlərdə alman dilində bir neçə adın birləşməsindən əmələ gələn sözlərə rast gəlmək mümkündür. Bununla belə, həqiqətən marafon sözləri adətən hüquqi mətnlərdən gəlir. Bunlardan biri 1999-cu ildə Meklenburq-Vorpommern əyalətində qüvvəyə minmiş və 2013-cü ildə ləğv edilmiş 63 hərfdən ibarət aşağıdakı qanun adıdır:
“Rindfleischetikettierungsüberwachungsaufgabenübertragungsgesetz”
Bu qanunun məqsədi mal ətinin etiketlənməsini və izlənilməsini tənzimləmək idi. İnsanları dəli dana xəstəliyindən (BSE) qorumaq üçün nəzərdə tutulmuşdu. Qısaca RkReÜAÜG adlandırılmasına üstünlük verilsə də, tam adı uzun söz liderliyini qoruyub.
Bu qanun bir rekord qırmış ola bilər, lakin daha uzun bir söz əvvəllər alman ədəbiyyatına daxil olmuşdu. 67 hərfdən ibarət olan və 2007-ci ildən bəri qüvvədə düşən söz də bir vaxtlar işlək idi:
“Grundstücksverkehrsgenehmigungszuständigkeitsübertragungsverordnung”
Başqa sözlə, daşınmaz əmlakla bağlı əməliyyatları təsdiq etmək səlahiyyətinin ötürülməsi ilə bağlı tənzimləmə. Bunun nə olduğunu başa düşmək üçün iki dəfə oxumaq lazımdır.
Hazırda gündəlik alman dilində ən uzun söz rekordu 44 hərfdən ibarət bir terminə aiddir:
Aufmerksamkeitsdefizit-Hyperaktivitätsstörung – Diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu.
Ondan sonra 36 hərfdən ibarət Kraftfahrzeug-Haftpflichtversicherung (avtomobilin məsuliyyətinin sığortası) sözü gəlir. Donau-Dampfschifffahrtsgesellschaft (Dunay çayı buxar gəmisi əməliyyatı) sözü isə 34 hərflə üçüncü yerdədir.
Düden lüğətində olmayan, lakin “Ginnesin Rekordlar Kitabı”na düşmüş 80 hərfdən ibarət bu söz əsl dil çaşdırdandır:
“Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunternehmenbeamtengesellschaft”
Bu, Dunay paroxodunun elektrik əsas baxım qurğusunun tikinti şirkəti dövlət qulluqçuları birliyi deməkdir. Nə etdikləri tam olaraq bəlli deyil, lakin ad uzunluğuna görə liderdir.